«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Yalnız Avdeyevkada 10 ildə Əfqanıstandakından daha çox Rusiya hərbçisi ölüb...

Tarix: 22-01-2024 12:05 | Bölmə: Region | Baxış: 105
Yalnız Avdeyevkada 10 ildə Əfqanıstandakından daha çox Rusiya hərbçisi ölüb...

"Rusiya hakimiyyəti şəhəri Yeni ilə qədər ələ keçirmək istəyirdi, lakin onların planları puç olub..."
 
Ukraynanın Avdeyevka şəhəri istiqamətində işğalçılar rekord itkilər verməkdə davam edir. Bir neçə ay ərzində "ət" hücumlarında ölənlərin sayı Əfqanıstanda onilliklərlə davam edən müharibədə olduğu qədərdir.
 
"UNİAN" xəbər verir ki, Yakov Handzyuk adına 59-cu əlahiddə moto-atıcı briqadanın zabiti  Sergey Tsexotski Avdeevkaya edilən hücumların 4 ayında SSRİ-nin Əfqanıstandakı on illik müharibəsində öldüyü qədər insan öldüyünü söyləyib.
 
"4 ayda Avdeyevkanın özünün yanında, bir fikirləşin, 10 ildə Sovet İttifaqı Əfqanıstanda itirdiyi qədər hərbçi ölüb. Yalnız bir Avdeyevka. Əfqanıstandan sonra, xatırladığınız kimi, SSRİ dağıldı. Rusiyanı da eyni şey gözləyir. Ola bilməz ki, bu işə yaramasın", - deyə Tsexotski bildirib.
 
Zabit əmindir ki, Putin hələ də Rusiya Federasiyasının Ukraynadakı itkiləri üçün bəhanələr gətirməli olacaq. O xatırladıb ki, Başqurdustan artıq diktatordan itkilərin niyə bu qədər qlobal olduğunu soruşmağa başlayıb. Bunun nəticəsi olaraq digər bölgələr də bunu edəcək, çünki cəsədlərin parçaları ilə dolu kisələr Rusiya Federasiyasına qayıtmağa başlayır...
 
Avdeyevkaya hücum haqda şəhər hərbi administrasiyasının rəhbəri Vitali Barabaş bildirib ki, Rusiya hakimiyyəti şəhəri Yeni ilə qədər ələ keçirmək istəyirdi, lakin onların planları puç oldu...

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024