«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
"65 nəfər hərbi əsir yanvarın 24-də Ukraynaya qaytarılacaqdı"- Koordinasiya Qərargahı

Tarix: 28-01-2024 09:30 | Bölmə: Region | Baxış: 93


"Hərbi əsirlərin qohumları rusiyalı təbliğatçılar tərəfindən təqdim edilən videonmateriallardakı fraqmentlərdə onların doğmalarına aid olan xüsusi əlamətlər aşkar etməyib..."
 
"Təyyarə salonunda qəza zamanı kimlərin olması barədə səhih və dolğun məlumat yoxdur..."
 
Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsi (BKİ) İl-76 təyyarəsinin qəzaya uğradığı zaman bu əsirlərin təyyarə salonunda olması barədə əsaslı sübutlara malik deyil.
 
Bu barədə hərbi əsirlərlə davranış üzrə Koordinasiya Qərargahı məlumat verib.

Məlumatı "24tv.ua" nəşri yayıb.
 
Məlumatda deyilir ki, xatırlanan siyahıda olan döyüşçülərin sorğu edilən qohumları rusiyalı təbliğatçıların, guya, aviaqəza yerindən nümayiş etdirdikləri videomateriallarla tanış olduqdan sonra təqdim edilən fraqmentlərdə onların doğmalarına aid xüsusi əlamətlər aşkar etməyib.
 
Yanvarın 24-də planlaşdırılan əsirlər mübadiləsi zamanı İl-76 təyyarəsinin qəzaya uğramasından sonra rusiyalı təbliğatçıların yaydığı siyahıda olan 65 nəfər ukraynalı müdafiəçilər Ukraynaya qaytarılmalı olub. 
 
Ukraynalı hərbi əsirlərin doğma və yaxınları ilə görüş zamanı Koordinasiya Qərargahının katibi Dmitri Usov bəyan edib ki, Rusiya tərəfi dəfələrlə müraciət edilməsinə rəğmən, əvvəllər Rusiyanın təbliğat resurslarında dərc edilən siyahılardan birinə istinadən böyük ləngimə ilə cavab təqdim edib.
 
"Koordinasiya Qərargahı öz tərəfindən təsdiq edir ki, bu siyahıda olan 65 nəfər ukraynalı müdafiəçinin həqiqətən yanvarın 24-də
mübadilə çərçivəsində Ukraynaya qaytarılması planlaşdırılıb", - məlumatda deyilir.
 
Koordinasiya Qərargahının nümayəndələri vurğulayıb ki, hərbi əsirlərin ailələri səlahiyyətli orqanlar tərəfindən bununla bağlı dəqiq və səhih məlumat əldə edilən kimi doğmalarının taleyi barədə məlumatlandırılacaq.
 
Qərargahın rəhbəri Kirill Budanov vurğulayıb ki, hazırda adıçəkilən təyyarənin salonunda kimlərin olması ilə bağlı səhih və dolğun məlumat yoxdur.
 
"Biz bununla bağlı olan bütün məlumatları bir çox mənbələrdən toplayır və diqqətlə təhlil edirik. Hələlik təyyarədə bu sayda adamların olmasını göstərən məlumatlar mövcud deyil.
 
Eyni zamanda Rusiya təbliğatının İl-76M təyyarəsinin 65 ukraynalı hərbi əsirlərin daşındığı barədə versiyası indiyədək çoxsaylı suallar doğurur", - Budanov qeyd edib.
 
24 yanvara planlaşdırılan əsirlər mübadiləsi pozulub-detallar
 
Ukrayna MN Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov bəyan edib ki, yanvarı  24-də əsirlər mübadiləsi pozulub, bu, tammiqyaslı müharibə müddətində ən böyük əsirlər mübadiləsi olmalıydı.
 
Rusiya təbliğatçıları tərəfindən İl-76 təyyarəsində olan ukraynalı hərbi əsirlərin dərc edilən guya "siyahısı" ilə bağlı Yusov qeyd edib ki, bütün mənbələrdən məlumatlar öyrənilir.

Həmçinin əsirlərin ailələri ilə də təmaslar həyata keçirilir.
 
"Rusiyanın təbliğat mənbələrindən olan siyahılar müəyyən reaksiyalar törətmək üçün üzə çıxır, biz onları şərh etməyəcəyik", - Yusov vurğulayıb.
 
Eyni zamanda o, qeyd edib ki, əgər Rusiya bu siyahıları hərbi əsirlərlə birbaşa işlə əlaqədar olan
Müdafiə Nazirliyi, Baş Qərargah, digər qurumlar vasitəsilə rəsmən açıqlamaq istəyərsə, o zaman rəsmi şərhlər də olacaq./moderator

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024