«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
“ZALUJNI ZELENSKİNİN İSTEFA TƏKLİFİNİ RƏDD EDİB...”- “Budanov və Sırski bu vəzifədən imtina edib”

Tarix: 31-01-2024 14:25 | Bölmə: Region | Baxış: 104



Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı, general Valeri Zalujnının istefaya göndərilməsi barədə xəbərlər rəsmən təkzib olunsa da, bu məsələ ilə bağlı müəyyən detallar üzə çıxmaqdadır.

Qərb mətbuatına aid bir neçə nəşr Zelenskinin Zalujnıya istefa verməyi təklif etdiyini yazır.

“The Times” nəşri öz mənbələrinə istinadla yazıb ki, Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnını doğrudan da vəzifəsindən azad edib, lakin hərbi rəhbərlik və “beynəlxalq tərəfdaşlar”ın təzyiqindən sonra bu qərarı ləğv etmək məcburiyyətində qalıb.

“The Times” iddia edir ki, Baş komandanla Prezident arasında keçirilən görüşdə sonuncu Zalujnıdan istefaya getməsini xahiş edib. Zalujnı bundan imtina etdikdən sonra isə Zelenski onun işdən azad edilməsi barədə sərəncam imzalayacağını bildirib. 

Yazıda iddia olunur ki, Prezidentlə söhbətdən sonra Zalujnı kabinetinə qayıdıb və işdən çıxarılması barədə müavinlərinə məlumat verib.

Lakin qəzetin yazdığına görə, Zelenskinin bu qərarına həm Qərb tərəfdaşları, həm də hərbçilər mənfi yanaşıblar.

İddia olunur ki, yüksək rütbəli zabitlər və beynəlxalq tərəfdaşlar, o cümlədən ABŞ və Böyük Britaniya Zalujnının işdən çıxarılması ilə bağlı xəbərlərdən sonra narahatlıqlarını ifadə ediblər.
Bundan əlavə, qeyd olunur ki, tanınmış generallardan heç kim Zalujnının yerini tutmaq istəməyib.




“The Times”-ın məlumatına görə, Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov və Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Aleksandr Sırski Silahlı Qüvvələrin Baş komandanı vəzifəsinə təyinatdan imtina ediblər.

Bundan sonra isə guya Zelenski Zalujnını işdən çıxarmaq barədə qərarını ləğv etməyə məcbur olub.

Qəzetin Ukraynadakı mənbələri qeyd ediblər ki, Zelenski hərbçilər arasında Zalujnıya olan böyük etimadı nəzərə almalıdır: “Zelenski başa düşməlidir ki, hərbçilər Zalujnıya güvənir və əgər Prezident hərbçilərin ona güvənməsini istəyirsə, o da Zalujnıya etibar etməyi öyrənməlidir”.

“The New York Times” isə yazır ki, Zalujnının istefaya göndərilməməsinin iki səbəbi var.
Birincisi, onu dərhal əvəz edə biləcək şəxsin olmamasıdır.
İkinci səbəb kimi isə istefa ilə bağlı məlumatın vaxtından əvvəl mətbuata sızıdırılması göstərilir.

Yazıda o da qeyd olunur ki, Zalujnıya Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi, ya da Avropa ölkələrindən birində səfir vəzifəsi təklif olunub, lakin o, bundan imtina edib.

“The Economist” də bu mövzuya toxunub. Nəşr qeyd edir ki, general Sırski ordunun ən təcrübəli zabitlərindən biridir.

O, 2022-ci ilin iki ən görkəmli qələbəsinin - Kiyev və Xarkov ətrafındakı uğurların “əməliyyat beyni” hesab olunur: "Ancaq döyüş əməliyyatlarına yanaşmasındakı sərt üsulları onu orduda qeyri-populyar edir”./azpolitika

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024