«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
UKRAYNADA ARTİLLERİYA MƏRMİLƏRİ ÇATIŞMIR - Aİ fevralın sonuna qədər 50 milyard avro ayıracaq

Tarix: 31-01-2024 18:30 | Bölmə: Region | Baxış: 139



Ukrayna ABŞ və Avropa İttifaqının hərbi yardımları ilə bağlı razılaşmanın gecikməsi səbəbindən hava hücumundan müdafiə üçün lazım olan artilleriya mərmiləri və raket çatışmazlığı ilə üzləşib.

Bu barədə “Bloomberg” nəşri Qərb rəsmilərinə istinadla məlumat yayıb.

Diplomatlar bildiriblər ki, istehsal gecikmələri və Qərb ehtiyatlarının azalması səbəbindən avropalı müttəfiqlər martın 1-dək Ukraynaya vəd edilən 1 milyon mərmidən cəmi 600 minini təmin edə biləcək.

“Bloomberg” aydınlaşdırır ki, bu həftə Aİ müdafiə nazirləri Brüsseldə keçiriləcək iclasda Ukraynaya göndəriləcək mərmilərin sayını artırmağın mümkün olub-olmadığını müzakirə edəcəklər. Bununla belə hələ də 1 milyon hədəfinə çatmaq mümkün olmayacaq.

Fevralın 1-də Avropa liderləri sammitində Ukraynaya 4 il müddətinə 50 milyard avronun ayrılması məsələsini müzakirə ediləcək.

Qeyd edək ki, Macarıstan bu yardım paketinin Kiyevə ayrılmasına mane olub. “Bloomberg” yazır ki, İttifaq Budapeştin dəstəyi olmadan Ukraynaya yardım göstərmək üçün bir yol tapmalı olacaq. Avropa rəsmisi agentliyə bildirib ki, Aİ istənilən halda fevralın sonuna qədər yardımı təsdiqləmək niyyətindədir.

ABŞ Konqressində bir neçə aydır ki, respublikaçıların etirazına görə Ukraynaya 61 milyard dolların ayrılması ilə bağlı razılığa gəlmək mümkün deyil. Respublikaçılar digər ölkələrə yardımı təsdiqləmələri müqabilində sərhəd təhlükəsizliyini gücləndirməyə çalışırlar.

Qərb diplomatlarının fikrincə, Kiyev Aİ-dən yardım alsa belə, Ukrayna qoşunları yazın sonuna kimi ABŞ-nin dəstəyinin olmadığını hiss edəcəklər.

Nəşrin həmsöhbəti onu da bildirib ki, son aylarda Kiyev qoşunların təchizatını təmin etmək üçün əsas müttəfiqlərin verdiyi sursatlardan ehtiyatlar yaradıb. Lakin bu, artilleriya mərmilərinin çatışmazlığını kompensasiya etmək üçün kifayət deyil.

Rasim Əliyev

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024