«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
ZALUJNI YENİDƏN MƏQALƏ İLƏ ÇIXIŞ ETDİ - "Rusiya başqa yerdə yeni münaqişə törədə bilər"

Tarix: 02-02-2024 11:45 | Bölmə: Region | Baxış: 82



Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının CNN saytında “yeni dövlət texnoloji təchizat sistemi” yaratmağa çağıran köşə yazısı dərc edilib.

Məqalənin Valeri Zalujnının gözlənilən istefası ilə bağlı xəbərlər fonunda yayılması maraq doğurur.

General yazır ki, bu müharibənin əsas hərəkətverici qüvvəsi pilotsuz silah sistemlərinin inkişafı olub: "Pilotsuz sistemlərin və digər qabaqcıl silahların istifadəsi Ukrayna üçün əlverişsiz olan səngər müharibəsindən yayınmağa kömək edir".

Zalujnı qeyd edir ki, Yaxın Şərqdə baş verən hadisələr beynəlxalq diqqəti yayındırıb və bu baxımdan Rusiya başqa yerlərdə yeni münaqişələr törətməyə cəhd edə bilər.

“Beynəlxalq sanksiyalar rejiminin zəifliyi o deməkdir ki, Rusiya bəzi digər ölkələrlə əməkdaşlıq edərək hələ də öz hərbi sənaye kompleksini Ukraynaya qarşı dağıdıcı müharibə aparmaq üçün gücləndirməyə qadirdir”, - Zalujnı yazır.

Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı qeyd edib ki, Rusiya insan resurslarını səfərbər etməkdə üstünlüyə malikdir, Ukrayna isə qeyri-populyar tədbirlər görmədən qoşunlarının sayını artıra bilməz.

General yazır ki, Ukrayna ordusu daim cəbhədə üstünlüyə malik olmaq üçün yeni yollar və imkanlar tapmalıdır. Zalujnı bu tədbirlərdən biri kimi ucuz, müasir və yüksək səmərəli pilotsuz vasitələrin və digər texnoloji avadanlıqların bütün arsenalının əldə olunmasını qeyd edir. 

Bu alətlər komandirlərə real vaxt rejimində döyüş meydanında vəziyyətə nəzarət etməyə, gecə-gündüz atəşi tənzimləməyə və kəşfiyyatı təmin etməyə imkan verir."

Bir sözlə, bu, hərbi əməliyyatların tamamilə yenidən qurulmasından və köhnəlmiş düşüncədən imtina edilməsindən başqa yol yoxdur" - deyə, Zalujnı yazır.
O, hesab edir ki, texnoloji təchizat üzrə yeni dövlət sisteminin yaradılmasına beş ay ərzində nail olmaq olar.

Rasim Əliyev

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024