«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
RUSİYADA 12 ALİM VƏTƏNƏ XƏYANƏTDƏ İTTİHAM OLUNUR - “FTX göstərişi birbaşa Putindən alır”

Tarix: 02-02-2024 17:05 | Bölmə: Region / Ölkə / Araşdırma | Baxış: 162

“Rusiyada 2018-ci ildən bəri fiziki prosesləri hipersəs sürətində tədqiq edən azı 12 alim həbs edilib”


Bu barədə BBC Rus Xidmətinin yaydığı araşdırmada qeyd olunur. Məqalədə qeyd olunur ki, onların həbsi ilə bağlı Federal Təhlükəsizlik Xidmətinə (FTX) göstəri birbaşa Rusiya Prezidenti Vladimir Putindən gəlib. 

Həbs edilənlərdən üçü daha sonra dünyasını dəyişib.

BBC yazır ki, Putin 2005-ci ildən “dünyada analoqu olmayan qabaqcıl hipersəsli rus texnologiyalarından” kollektiv Qərbə qarşı təhlükə mənbəyi kimi istifadə edir.

“Rusiya 2018-ci ildən hipersəs sahəsində fundamental tədqiqatlarla məşğul olan alimlərin axtarışını gücləndirib.

Xarici konfranslarda kəşfləri barədə danışanlar və xarici jurnallarda məqalələr dərc etdirən tədiqatçılar vətənə xəyanətdə ittiham olunmağa başladılar. Çünki onların tədqiqatları silahların yaradılmasında istifadə edilib”, - araşdırmada qeyd olunur.

Müəlliflər yazırlar ki, həmin vaxtdan bəri Anatoli Maslov, Aleksandr Şiplyuk, Valeri Zveqintsev, Vladislav Qalkin, Anatoli Qubanov, Valeri Qolubkin, Vladimir Kudryavtsev, Roman Kovalev, Sergey Mereşşakov, Dmitri Kolker və nəşrdə adları açıqlanmayan daha iki alim həbs edilib.

Hüquqşünaslar bildirirlər ki, FTX-nın fəaliyyətinin məqsədi casusların Rusiyanın hipersəs texnologiyaları sahəsindəki naliyyətlərini oğurladıqları görüntüsü yaratmaqdır.

Həbs olunanların əksəriyyəti dörd qurumda çalışıb: Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Novosibirsk Nəzəri və Tətbiqi Mexanika İnstitutu (ITPM), Tomsk Politexnik Universiteti və Moskva vilayəti Mərkəzi Elmi-Tədqiqat Maşınqayırma İnstitutu (TSNIIMAŞ) və Mərkəzi Aerohidrodinamik İnstitutu (TsAGI).

"Novosibirskdən olan alimlər heç vaxt “Kinjal”la məşğul olmayıblar. Onların fəaliyyəti fundamental tədqiqat və təkmilləşdirmə işləri ilə bağlı olub. 

Hipersəs silahlarına görə həbs olunanların hamısı bu silahlara yaxından-uzaqdan əlaqəsi olmayan adamlardır", - vətənə xəyanətdə təqsirli bilinərək həbs edilən, daha sonra 2020-ci ildə azadlığa buraxılan TSNIIMAŞ-ın keçmiş əməkdaşı Vladimir Lapıgin deyib.

Tomsk Politexnik Universitetinin neft-qaz kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədi Vladislav Qalkin dekbarın ortalarında vətənə xəyanət işi üzrə həbs edilib. 

Novosibirsk İnstitutundan da üç nəfər saxlanılıb: Anatoli Maslov, Aleksandr Şiplyuk və Valeri Zveqintsev. 

Qalkin elmi fəaliyyəti dövründə, o cümlədən xarici nəşrlərdə yüzlərlə məqalələr dərc etdirib. Zvegintsev bir neçə nəşrdə həm Qalkinin, həm də Şiplyukun həmmüəlliflərindən biri idi.

FTX-nın vətənə xəyanətdə şübhəli bilinən şəxsləri Avropa İttifaqının FP7-nin kosmik tədqiqatlar üçün qrant proqramının layihələrində iştirak birləşdirib.

Bu layihə Belçikanın Von Karman Hidrodinamika İnstitutu tərəfindən əlaqələndirilib. Rus alimləri o cümlədən bu instituta məlumat ötürməkdə ittiham olunurlar.

Özü də vətənə xəyanətdə təqsirli bilinən jurnalist İvan Safronov deyir ki, insanları dövlətə xəyanətdə ittiham etmək FTX-nın müntəzəm istifadə etdiyi təcrübədir. 

O yazıb ki, dövlətə xəyanətlə bağlı konkret işin araşdırılması zamanı müstəntiqlər təqsirləndirilən şəxsin nəinki təqsirini boynuna almağa, həm də həmkarlarının əleyhinə ifadə verməsinə çalışırlar.

TsAGI-dan olan Anatoli Qubanov və Valeri Qolubkin 12 il müddətinə ciddi rejimli koloniyada cəza çəkdilər. TsNIIMAŞ-dan olan Sergey Meşçeryakov xərçəng xəstəsi olduğuna görə, yeddi il şərti cəzaya məhkum edilib.

Vətənə xəyanətdə ittiham olunan üç alim dünyasını dəyişib: TsNIIMAŞ-dan Vladimir Kudryavtsev, həmkarı Roman Kovalev və Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Lazer Fizikası İnstitutunun kvant optik texnologiyaları laboratoriyasının rəhbəri Dmitri Kolker.

Sonuncu həbsindən iki gün sonra vəfat edib O, dördüncü mərhələdə mədəaltı vəzi xərçəngindən əziyyət çəkirdi.
Digərləri ilə bağlı istintaq və məhkəmələr hələ də davam edir.

Rasim Əliyev

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024