«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
“Ukraynadan Rusiyaya gedən partlayıcı yükünü ələ keçirimişik”- Gürcüstan DTX

Tarix: 05-02-2024 19:00 | Bölmə: Region | Baxış: 99



Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bəyan edib ki, Rusiya ərazisinə gətirilməsi planlaşdırılan bir neçə partlayıcı qurğu və külli miqdarda partlayıcı maddə ələ keçirib.

Bu barədə Gürcüstanın “Birinci Kanal”ı məlumat yayıb.

Dövlət Təhlükəsizliyi Xidmətindən verilən məlumata görə, partlayıcı maddələr və qurğuların daşınması üçün konteyner kimi elektromobilin iki akkumulyatorundan istifadə edilib. Onların içərisində altı partlayıcı qurğu olub:

“Müəyyən edilib ki, partlayıcı qurğuların tərkibində elektrik detonatoru və xüsusi taymer vasitəsilə işə salına bilən hərbi dərəcəli plastik C-4 partlayıcısı var. Partlayıcının ümumi çəkisi 14 kiloqramdır. Konteynerlərə altı ədəd detonator və altı ədəd xüsusi açar da yerləşdirilib”.

Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə, partlayıcı maddələr yanvarın 19-da Odessadan Rumıniya, Bolqarıstan və Türkiyədən keçməklə Ukrayna vətəndaşına məxsus mikroavtobusda Gürcüstana gətirilib. Maşın Sarpi keçid məntəqəsindən Gürcüstan ərazisinə daxil olub. 

Kəşfiyyat xidməti partlayıcıların Voronejə daşınmasının planlaşdırıldığını iddia edir. Məlumatda bildirilir ki, Terrorla Mübarizə Mərkəzinin əməkdaşları avtomobili Gürcüstan-Rusiya sərhədini keçmək istəyən zaman saxlayıb və partlayıcı maddələr götürüblər.

Dövlət Təhlükəsizliyi Xidməti bəyan edib ki, partlayıcı maddələrin daşınmasını 2020-ci ildə Odessa Şəhər Şurasının deputatlığına namizəd olmuş Ukrayna vətəndaşı Andrey Şaraşidze təşkil edib. 

Kəşfiyyat xidmətinin məlumatına görə, partlayıcı maddələrin göndərilməsinə Gürcüstandan 7, Ukraynadan 3 və Ermənistandan daha 2 nəfər cəlb olunub.

Ukrayna Təhlükəsizlik Xidmətinin Odessa vilayəti üzrə İdarəsi bildirib ki, onlar insidentlə bağlı heç bir məlumata malik deyillər və bu barədə yalnız KİV-dəki məlumatlardan xəbərdardırlar. 

Rusiya hakimiyyəti Gürcüstan xüsusi xidmət orqanlarının bəyanatını şərh etməyib.


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024