«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
İranın casus oyununun səbəbi: Tehran Azərbaycanın güclənməsini həzm edə bilmir. Çünki...

Tarix: 09-02-2024 12:00 | Bölmə: Region | Baxış: 84
İranın Bakıya qarşı casus oyununun səbəbi

İranın guya Azərbaycanda yerləşən mərkəzdən idarə olunan casus şəbəksini ifşa etməsi barədə iddiası dövlətimizə qarşı qərəzdir. 

Tehran Azərbaycanı antiiran mərkəzi kimi təqdim etmək istəyir.

Hətta bu, Azərbaycana qarşı müxtəlif aksiyaların başlaması üçün “zəmin hazırlanması” da ola bilər.
 
Bu sözləri Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan İranın casus iddiası ilə bağlı danışarkən deyib.
 
“İran mediası iddia edir ki, guya Azərbaycanda casus yuvası var və burda yetişən casuslar İrana göndərlir. Bu cür yanaşma Azərbaycan-İran münasibətlərinə ciddi zərər verir.

Təəssüf ki, hakimiyyətə qarşı etiraz edənləri hansısa ölkələrin kəşfiyyatına bağlamaq İran hökumətinin ənənəvi davranışıdır. Hökumət öz vətəndaşlarının tələblərini qarşılamaq, konstitusion hüquqlarını həyata keçirməkdənsə, bu cür üsullara əl atır.

Güneydə Azərbaycan türklərinin milli hüquqlarını tələb edənləri Türkiyə, Azərbaycan, ABŞ və İsrail kəşfiyyat orqanlarına bağlamaq klassik variantdır”, - o bildirib.
 
Ekspert İranın bu cür addımlarını həm də ölkəmizə qarşı şantaj adlandırıb:
 
“Azərbaycanın regiondakı nüfuzu, təhlükəsizlik çərçivəsində attığı addımlar, Ermənistanla münasbətləri normallaşdırmağa çalışması və regional layihələrdə aparıcı mövqedə olması İranın qısqanclığına səbəb olur.

Tehran Cənubi Qafqazda Azərbaycanın güclənməsini həzm edə bilmir. Çünki bu güclənmə orada yaşayan türklərin Azərbaycanı örnək almasına səbəb ola bilər”./axar.az

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024