«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Putin Ermənistana gəlsə, həbs olunacaq? - Paşinyan belə cavab verdi

Tarix: 12-02-2024 11:25 | Bölmə: Region | Baxış: 81



Ermənistanın Baş naziri Nikol Paşinyan deyib ki, o, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) orderi ilə bağlı bəzi şəxslərin, o cümlədən Vladimir Putinin həbsi ilə bağlı qərarlar qəbul etmir.

Bu barədə o “The Daily Telegraph” qəzetinə müsahibəsi zamanı danışıb.

O, Rusiya Prezidenti Vladimir Putin İrəvana gələrsə, BCM-nin orderi ilə əlaqədar həbs oluna biləcəyi ilə bağlı sualı belə cavablandırıb:
“2018-ci ildən sonra Ermənistanda məhkəmə-hüquq sistemində ciddi islahatlara başlanılıb və bu sahədə böyük irəliləyişlər qeydə alınıb. Bizdə kimin həbs edilib, kimin tutulmayacağına baş nazir qərar vermir”.

Xatırladaq ki, 2023-cü il martın 17-də Beynəlxalq Cinayət Məhkəməsi Putin və Rusiya Prezidentinin Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belova haqqında əhalinin qeyri-qanuni deportasiyasından ibarət hərbi cinayətlərdə iştirak etməkdə ittiham edərək həbs qərarı çıxarıb.

Qeyd edək ki, ötən il oktyabrın 3-də Ermənistan parlamenti öz iclasında Roma Statutunu ratifikasiya edib. 60 deputat BCM-yə qoşulmaq barədə qərarın lehinə, 22 deputat isə əleyhinə səs verib.

Noyabrın 14-də isə Ermənistan rəsmi olaraq Roma Statutunun ratifikasiya sənədini təqdim edib və onun 2024-cü il fevralın 1-də qüvvəyə minməsi barədə qərar qəbul edilib.

Ratifikasiyadan sonra sənəd ölkə prezidenti tərəfindən imzalanıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, Ermənistan BCM-nin Roma Əsasnaməsini yalnız siyasi motivlərə əsaslanaraq ratifikasiya edib.


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024