AZƏRBAYCANIN “AKINCI”-ları ERMƏNİSTANDA TƏŞVİŞ YARADIB - Rəsmilər ictimai rəyi sakitləşdirməyə çalışır /VİDEO
“Bu gün Ermənistanın təkcə Hindistan və Fransa ilə deyil, həm də hərbi-texniki sahədə ciddi irəliləyiş əldə etmiş digər ölkələrlə hərbi-texniki əməkdaşlıq və silah əldə edilməsinə dair çox ciddi razılaşmaları var”.
Bunu Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik daimi komitəsinin sədri Armen Xaçatryan yerli mətbuata müsahibəsində deyib.
Hakim partiyanı təmsil edən deputat vurğulayıb ki, müharibədən sonra silah alışı və hərbi-texniki əməkdaşlıq sahəsində boşluq yaranıb. Ancaq vəziyyət kifayət qədər çətin olsa da, bu məsələ təəccüblü dərəcədə qısa müddətdə öz həllini tapıb.
“Hər halda, bu gün bizim Hindistan və Fransa ilə hərbi-texniki əməkdaşlıq, silahların əldə edilməsi ilə bağlı ciddi razılaşmalarımız var.
Deməliyik ki, hərbi-texniki sahədə yaxşı nailiyyətləri olan böyük dövlətlərlə müqavilələrimiz var. Təbii ki, biz bu barədə danışmayacağıq, deməyəcəyik, ancaq bu, təkcə Fransa və Hindistan deyil”, - deyən hakim partiyanın deputatı son bir-iki ildə “daha böyük həcmdə iş aparıldığını” bildirb və “bunun nəticələrini yaxın gələcəkdə görəcəyik”, - deyə əlavə edib.
Xaçatryan onu da vurğulayıb ki, Ermənistanın Rusiya ilə ciddi hərbi-texniki qarşılıqlı əməkdaşlıq sazişləri var və Rusiyanın qismən yerinə yetirdiyi və yerinə yetirməli olduğu öhdəliklər var.
“Biz ən müasir, ən azı dördüncü-beşinci nəsil silah sayıla biləcək silahlar alırıq. Biz istifadə edilmiş silahları almayacağıq. Yəni, müasir müharibələrin taktikasını öyrənməklə biz həm də ciddi təhlillər aparırıq.
Həm də 44 günlük müharibənin acı təcrübəsindən bilirik ki, hansı silahlara ehtiyac var və onu satmağa hazır olan ölkələr hansılardır. Bizə o silahları almaq üçün şübhəsiz ki, o ölkələrlə əməkdaşlıq edirik”, - deputat bildirib.
Xatırladaq ki, ötən gün Müdafiə naziri Suren Papikyan da bəyan edib ki, Ermənistan silah tədarükündə irəliləyiş əldə edib.
"Fransa və Hindistan bizim əsas tərəfdaşlarımıza çevriliblər, lakin mənim adlarını çəkmək istəmədiyim başqa ölkələr də var", - nazir bildirib.
Qeyd edək ki, Azərbaycan öz hərbi arsenalını İsrail və Türkiyənin inkişafda olan hərbi sənaye kompleksinin ən müasir silahları ilə yeniləyir. Ölkənin müdafiə qüdrəti bu və başqa ölkələrin 5-ci nəsil sayılan yüksək texnoloji hərbi avadanlıqları ilə artırılır.
Ötən həftə Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusunun silahlanmasına qəbul edilmiş Türkiyənin məşhur “Akıncı” pilotsuz təyyarələri ilə tanış olub və onu idarə edib.
Ola bilsin ki, Ermənistan hərbi-siyasi rəhbərliyinin bu sayaq bəyanatları Azərbaycanın güclənməsinin qarşılığında daxili ictimai rəyi sakitləşdirmək məqsədi daşıyır.
Hər halda Ermənistan müttəfiqləri tərəfindən dəstəklənsə də onun Azərbaycanla silahlanma yarışı aparmaq üçün maliyyə və hərbi əlaqələr potensialı çox aşağıdır.
İrəvan Rusiya hərbi sənaye kompleksindən asılıdır və uzun illər ərzində topladığı hərbi texnikanın əhəmiyyətli hissəsi Azərbayanla müharibədə məhv edilib. Hərbi ekspertlər bu itkilərin miqyasını 4 milyard dollardan artıq dəyərləndirirlər.
Ermənistanın bu boşluğu yaxın illərdə inkişaf etmiş Qərb ölkələrinin və Hindistan hərbi sənayesinin “yüksək texnologiyalı” avadanlıqları və texnikası ilə doldurması real deyil.
Rasim Əliyev
Digər xəbərlər
Tarix: 13-02-2024 12:20 | Bölmə: Region | Baxış: 92

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024