«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
UKRAYNANIN DAHA BİR ŞƏHƏRİ İŞĞAL OLUNDU - Növbəti hücum üç istiqamətdə gözlənilir /Yenilənib

Tarix: 17-02-2024 21:10 | Bölmə: Region | Baxış: 126



Rusiya qoşunları fevralın 17-də günortadan sonra Avdeyevka şəhər administrasiyasının binası üzərində dövlət bayrağını asıblar.

Beləliklə, oktyabr ayından bəri intensiv atəş altında olan Avdeyevka rəsmən Rusiyanın nəzarətinə keçib, Ukrayna ordusu isə qərbə doğru əvvəlcədən hazırlanmış mövqelərə geri çəkilib.

Fevralın 16-sı gecə saatlarında Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyi sosial şəbəkələrdə qoşunların Avdeyevkadan tam çıxarıldığını açıqlayıb. 

Ukraynanın sosial şəbəkələrində silahlı qüvvələrin yeni baş komandanı Aleksandr Sırskiyə qarşı ittihamlar yağmağa başlayıb, hətta generalı “düşmənlə müqavilə bağlayıb şəhəri təslim eməkdə” də ittiham edirlər.

60368b1e1c0d6c9b5d8e610c4240b334.jpg (72 KB)

Bildirilir ki, 3-cü Ukrayna hücum briqadası əmrləri yerinə yetirməyib, bununla da şəhərin müdafiəsinin dağılmasına şərait yaradılıb.

“Condottierro” Telegram kanalı iddia edir ki, Ukrayna Silahlı Qüvvələri iki gün ərzində 2,5 mindən çox canlı qüvvəsini itirib. Rusiya tərəfinin iddiasına görə, Ukrayna ordusu Durna çayının su səddin xəttinə, Berdıçi-Semyonovka-Orlovka-Umanskoye yaşayış məntəqələrində müdafiə səngərləri qazmağa başlayıblar.

Həmin istiqamətdə 4-6 min hərbçi olduğu təxmin edilir. Ukrayna Silahlı Qüvvələrinin əsas qüvvələri Krasnoarmeyskdə (Pokrovsk) yerləşir. Burada rotasiya bazaları, xəstəxanalar və avadanlıqların təmiri də var.

Rusiya ordusu artıq Çasov Yar-Drujkovka-Konstantinovka istiqamətində irəliləməyə başlayıb, bu istiqamətədə güclü artilleriya hazırlığı aparılır.

9e483c3fae2d93827495f51d616276de.jpg (101 KB)

Ukrayna mənbələri Rusiya ordusunun növbəti hücumunun üç istiqamətdə gözləyirlər:

-Cənub cəbhəsində Ukrayna Silahlı Qüvvələrinin bütün qruplaşması üçün təhlükə yaradacaq Pavloqrada hücum perspektivi ilə “DXR”-nin qərbində Pokrovska doğru;

-Çasov Yar və Slavyansk-Kramatorsk-Drujkovka-Konstantinovka şəhər aqlomerasiyasına irəililəmək;

-Orexovdan Zaporojye və Dnepropetrovska doğru getmək.

Beləliklə, Rusiya ordusu 2014-cü ildən bəri Ukrayna Silahlı Qüvvələrinin ən möhkəmləndirilmiş şəhərini 4 aylıq intensiv hücumlardan sonra işğal etdi. Avdeyevkanın işğal altına düşməsi Ukrayna artilleriyasının Donetskdəki hədəfləri vurmağı əngəlləyəcək./musavat.com 

***

Fevralın 17-nə keçən gecə Ukrayna ordusu Donetsk vilayətinin Avdeyevka şəhərini tərk edib. Bu barədə Ukraynanın “Tavriya” qoşunlar qrupunun komandiri Aleksandr Tarnavski məlumat verib.

"Düşmən öz əsgərlərinin cəsədləri üzərində, birə on mərmi üstünlüyü ilə davamlı bombardmanlarla irəlilədiyi bir vəziyyətdə bu, yeganə düzgün qərardır", - o vurğulayıb.

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırskinin “Ukrayna bölmələrinin şəhərdən çıxarılması və daha sərfəli xətlərdə müdafiəyə keçməsi haqqında” əmri ilə qoşunlar geri çəkilib. 

Qərar mühasirəyə düşməmək və hərbçilərin həyat və sağlamlığını qorumaq üçün qəbul edilib.



"Biz vəziyyəti sabitləşdirmək və mövqelərimizi qorumaq üçün tədbirlər görürük. Hərbi qulluqçuların həyatı ən yüksək dəyərdir", - deyən Sırski Avdeyevkanı geri qaytaracağına söz verib.

Tarnavskinin sözlərinə görə, gün ərzində Ukrayna hərbçiləri rusların otuzdan çox hücumunu dəf edib. Rusiya ordusu iyirmi hava hücumu və yüz əllidən çox artilleriya atəşi həyata keçirib ki, bu da Avdeyevka ərazisindəki dislokasiya edilən qoşunlara təsir edib.

Rusiya Müdafiə Nazirliyi isə bildirib ki, geri çəkilən zaman ukraynalı əsgərlərin bir hissəsi əsir götürülüb.



Bundan əvvəl həm Ukrayna komandanlığı, həm də xarici kəşfiyyat xidmətləri Avdeyevka ərazisində döyüş vəziyyətinin Ukrayna Silahlı Qüvvələri üçün son dərəcə əlverişsiz olduğunu bildirmişdi.

Rusiya ordusu Avdeyevkaya 2023-cü ilin oktyabr ayının əvvəlində kütləvi hücuma keçib. Bütün bölgəni ələ keçirmək Vladimir Putinin Rusiya ordusu qarşısında qoyduğu məqsədlərdən biridir.

***

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski Ukrayna bölmələrini Avdiyevkadan çıxarmaq qərarına gəldiyini bildirib.

APA-nın xəbərinə görə, bu barədə o, özünün “Facebook” səhifəsində yazıb.

“Taktiki vəziyyətdən çıxış edərək bir qoşunları Avdeyevkadan geri çəkmək qərarına gəldik. Məqsədimiz hərbçilərin həyat və sağlamlığını qorumaqdır. Düşmən buranı ələ keçirsə belə heç bir taktiki üstünlük əldə etməyəcək” – Sırski bildirib.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024