«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Rusiya ordusunun daha bir hərbi cinayəti - Əsir düşənlər güllələnib

Tarix: 19-02-2024 13:30 | Bölmə: Region | Baxış: 88



Avdeyevkanın işğalı zamanı Rusiya ordusu növbəti dəfə müharibə qanunlarına və adi insanlıq prinsiplərinə məhəl qoymadığını nümayiş etdirib.

Ukrayna mətbuatı xəbər verir ki, Avdeyevkadakı “Zenit” adlanan mövqedə yaralanaraq əsir düşən altı ukraynalı əsgər yerindəcə güllələnib. Onlar həmin mövqedən təxliyə edilməli idi, lakin işğalçı ordu tərəfindən əsir götürülərək edam ediliblər.

Yaralı əsgərlərin niyə vaxtında təxliyə edilməməsilə bağlı Ukrayna tərəfi araşdırmalara başlayıb.

Hazırda Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları ukraynalı hərbi əsirlərin ruslar tərəfindən edam edilməsi ilə bağlı iki iş üzrə - Avdeyevka və Donetsk vilayətinin Veseloye kəndi yaxınlığında baş verənlərlə bağlı təhqiqata başlayıblar. Bu barədə Donetsk vilayət prokurorluğu məlumat yayıb.

Cinayət işi açılan hər iki epizod əvvəllər mətbuatda və sosial şəbəkələrdə yayılan xəbərlərdən ictimaiyyətə məlum olub.

Birinci epizod yuxarıda qeyd edilən Avdeyevkada baş verən hadisədir. İkinci epizod isə Veseloye kəndi yaxınlığında fevralın 18-də qeydə alınıb. 

Belə ki, Ukrayna mövqelərinə hücum zamanı bir rus əsgərinin əvvəlcə bir hərbi əsiri, sonra isə ikincisini güllələdiyi dron kamerası tərəfindən qeydə alınıb.

Qeyd olunur ki, ibtidai istintaq müharibə qanunlarının və adətlərinin pozulması, qəsdən adam öldürmə maddələri üzrə aparılır. Ukrayna Cinayət Məcəlləsinə görə, bu cinayət 10 ildən ömürlük azadlıqdan məhrum etməyə qədər cəzanı nəzərdə tutur.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024