«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
“Putin qalib gəlsə... Ukraynanı 20 milyon adam tərk edəcək”

Tarix: 20-02-2024 22:00 | Bölmə: Region | Baxış: 123



Vladimir Putin müharibədə qalib gələrsə, 20 milyona yaxın ukraynalı ölkədən mühacirət edəcək.

Jurnalist və immiqrasiya üzrə hüquqşünas Endi Semotyukun “Forbes”-dəki məqaləsində belə deyilir.

Yazıda bildirilir ki, 24 fevral 2022-ci ildən bəri altı milyondan çox ukraynalı öz ölkəsini tərk edib, onlardan 270 mindən çoxu qanuni olaraq ABŞ-a köçüb: "Əksər beynəlxalq ekspertlər razılaşırlar ki, hətta miqrasiya nöqteyi-nəzərindən də Rusiyanın işğalı humanitar kabus yaradıb.

Putin Ukraynanı işğal edəndən sonra guya oradakı rusdilliləri qorumaq üçün Baltikyanı ölkələrə, daha sonra isə Polşaya hücum edəcək. Dünya böyük bir müharibəyə cəlb olunacaq. Tramp yenidən prezident olsa belə, Amerika əsgərləri Avropa torpaqlarında döyüşməli olacaqlar”.

Yazıda bildirilir ki, altı milyon insanın Ukraynadan artıq qaçdığını, işğal başlayandan isə səkkiz milyon insanın daxili məcburi köçkünə çevrildiyini nəzərə alsaq, Putin qalib gəlsə, 20 milyondan çox ukraynalı Qərbə qaçacaq.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024