"Ukrayna uğrunda ölənləri unutmayacaq, onların qisasını alacağıq..."- Sırski çıxış etdi
"Rusiya işğalçıları bütün istiqamətlərdən Ukraynaya doğru irəliləyəndə, minlərlə raket və bombalar torpağımıza yağdırılanda dünyada heç kim bizim tab gətirəcəyimizə inanmayıb..."
"Biz Ukrayna uğrunda canlarından keçənləri heç vaxt unutmayacaq, onların qisasını alacağıq..."
Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski Rusiyanın Ukraynaya tammiqyaslı hərbi müdaxiləsinin ikinci ildönümü ilə əlaqədar olaraq müraciətlə çıxış edib.
Bu barədə "ukr.net" nəşri məlumat yayıb.
Öz müraciətində Aleksandr Sırski vurğulayıb ki, bu iki il onillik müharibəni ikinci dünya savaşı dönəmindən Avropada ən miqyaslı müharibəyə çevirib.
"Rusiya içğalçılarının çoxsaylı kolonu bütün istiqamətlərdən Ukraynaya doğru irəliləyəndə, minlərlə raket və bombalar torpağımıza yağdırılanda dünyada heç kim bizim tab gətirəcəyimizə inanmayıb.
Buna yalnız Ukraynanın Müdafiə Qüvvələri inanıb və ilk dəqiqələrdən düşmənlə döyüşə girib", - Sırski müharibənin ilk günlərini təsvir edib.
O vurğulayıb ki, müharibənin ilk saatlarından hərbi komissarlıqlarının qarşısında növbəyə düzülən könüllülər, həmçinin ilk günlərdən Ərazi Müdafiə Qüvvələrinə yazılan minlərlə ukraynalı qələbəyə inanıb.
O, həmçinin "öz ordusuna tarixdə misli görünməmiş dəstək verən" milyonlarla könüllülərin rolunu qeyd edib.
"Heç kim inanmayıb, amma Ukrayna inanıb! İnanıb, döyüşə girib və tab gətirib. Biz silah ilə təxliyə arasında silahı seçmişik. Sonra Kiyev uğrunda döyüş olub və yeni müdafiəçilərimizin zərbələri altında işğalçılar paytaxt ətrafından qaçıb.
Daha sonra İlan adasının azad edilməsi və Qara dənizin Rusiyanın metallomundan təmizlənməsi baş verib. Sonra Xarkov hücum əməliyyatı və Xersonun azad edilməsi baş tutub", Sırski Ukrayna müdafiəçilərinin uğurlarını sadalayıb.
Bu zaman o, Ukraynanın əkshücum cəhdini xatırladıb və obyektiv səbəblərdən arzu olunan nəticənin əldə edilmədiyini qeyd edib.
Baş Komansan qeyd edib ki, bu gün USQ Ukraynanın hər bir şəhəri və ya kəndinin növbəti Buça, Baxmut və ya Avdeyevka olmaması üçün azadlıq uğrunda döyüşməkdə davam edir.
"Biz çox böyük bədəl ödəyirik. Ukrayna xalqının ən yaxşı oğul və qızları həlak olur. Biz Ukrayna uğrunda ən qiymətli olan həyatlarını qurban verənlərin qarşısında baş əyirik. Biz onları heç vaxt unutmayacaq və onların qisasını alacağıq!" - Sırski bəyan edib.
Baş Komandan Qələbəni yaxınlaşdırmağa kömək edən Ukraynanın bütün müdafiəçi kişi və qadınlarına, tibb işçilərinə, xilasedicilərə, könüllülərə minnətdarlıq edib.
"Bu gün mən həmçinin tərəfdaşlarımıza yardım üçün minnətdarlıq etmək istəyirəm. Hər bir mərmi, hər bir tank, hər bir zirehli maşın ilk növbədə Ukrayna əsgərinin həyatının qorunmasıdır. Biz torpağımızın hər qarışı uğrunda döyüşürük, amma ən qiymətlisi Ukrayna döyüşçüsünün həyatıdır", - Sırski deyib.
O, həmçinin Ukraynanın yaxın zamanlarda işğalçıya havada da cavab verə biləcəyinə inamını ifadə edib.
"Yanan Rusiya təyyarələrinin sayı daha da çox olacaq. Dövlət bunun üçün bütün mümkün olanları edir", - Baş Komandan əmin edib.
"Sonda ən vacib nəsnə haqqında. Bu gün bizim həmişəkindən daha çox birliyə ehtiyacımız var. Əminəm ki, qələbəmiz birliyimizdədir. Qələbə mütləq olacaq. Çünki işıq həmişə zülmətə qalib gəlir! Ukraynaya eşq olsun! Qəhrəmanlara eşq olsun!" - Sırski müraciətini bu sözlərlə bitirib.
Rusiyanın Ukraynaya tammiqyaslı hərbi müdaxiləsinin ikinci ildönümü
Bu gün bunun şərəfinə USQ Baş Qərargahı işğalçıları böyük itkilərə məruz qoyub.
Rusiyanın məhv edilən texnikasına dəyəri 300 milyon dollar olan A-50 təyyarəsi də əlavə olunub. Təyyarə fevralın 23-də Azov dənizi üzərində vurulub.
Bu gün hərbi müdaxilənin ildönümü ilə bağlı Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Kiyevə gəlib.
Digər xəbərlər
Tarix: 24-02-2024 19:45 | Bölmə: Region | Baxış: 110

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024