«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Əsir götürülən hərbçilər güllələnib - Rusiya ordusundan növbəti vəhşilik

Tarix: 26-02-2024 13:40 | Bölmə: Region | Baxış: 94



Rusiya hərbçiləri təslim olan Ukrayna Silahlı Qüvvələrinin bir neçə əsgərini öldürüb.

Bu barədə video bazar günü Ukrayna və Rusiyanın müxtəlif teleqram kanallarında yayılıb. Pilotsuz aparatla çəkilmiş görüntülərdə bir qrup əsgərin bir neçə metr məsafədən digər qrupa atəş açdığı görünür. Güllələnənlər silahsızdırlar.

Ukrayna Ali Radasının insan hüquqları üzrə müvəkkili Dmitri Lubinets bildirib ki, qətl fevralın 24-də Donetsk vilayətinin Baxmut rayonunda baş verib. Onun sözlərinə görə, azı 7 Ukrayna əsgəri həlak olub.

Ukrayna kəşfiyyatı hər şeyin Baxmut yaxınlığındakı İvanovskoye kəndi ərazisində baş verdiyini və ölənlərin böyük ehtimalla 92-ci hücum briqadasının əsgərləri olduğunu bildirib. Onların 7 yox, 9 nəfər olduğunu da müəyyən edib.

Qeyd olunur ki, bu, son bir ayda ən azı üçüncü belə hadisədir, lakin eyni vaxtda öldürüən əsirlərin sayına görə birincidir.

Ukraynada Rusiya hərbçiləri tərəfindən törədildiyi iddia edilən cinayətlər, o cümlədən əsirlərin qətli ilə bağlı 50 mindən çox cinayət işi araşdırılır. Rusiya Müdafiə Nazirliyi bu cür ittihamları ya təkzib edir, ya da şərh vermir.

Hərbi əsirlərin öldürülməsi beynəlxalq hüquq tərəfindən müharibə cinayəti kimi qəbul edilir və hər iki ölkənin qanunları ilə qadağan edilir./azpolitika

Rasim Əliyev

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024