«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
RUSİYA YENİ ƏRAZİLƏR İŞĞAL ETDİ - Ukrayna yeni mövqelərdə möhkəmlənə bilmir

Tarix: 27-02-2024 13:00 | Bölmə: Region | Baxış: 155



Rusiya işğalçı qoşunları Avdeyevka istiqamətində daha iki kəndi işğal edib. 

Bunu “DeepState” hərbi portalının analitikləri bildirirlər.

Məlumatda qeyd olunur ki, rus qoşunları Stepnoye və Severnoe kəndlərini tutaraq Donetsk vilayətindəki Avdeyevkadan qərbə və şimal-qərbə doğru irəliləyir. 

Bundan əvvəl onalr Lastoçkinonu da işğal ediblər: “Düşmən Orlovka, Berdiçev və Tonenki yaxınlığında irəliləyib, Stepnoye və Severnoyeni işğal edib”.

Xatırladaq ki, fevralın 17-də Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski Ukrayna bölmələrinin Avdeyevkadan çıxarıldığını elan edib.

Sonra “Tavriya” əməliyyat-strateji qoşun qrupunun komandiri Aleksandr Tarnavski qoşunların yeni müdafiə xətlərində möhkəmləndiyini bildirib. Bundan öncə Ukrayna Silahlı Qüvvələri ciddi itkilər verib, xeyli sayda əsgər itkin düşüb və ya əsir götürülüb.

Fevralın 24-də “DeepState” rus qoşunlarının Avdeyevkadan sonra ilk hədəfləri olan Lastoçkino kəndini işğal etdiyini bildirib.

Fevralın 25-də "Tavriya"-nın spikeri Dmitri Lixov bəyan edib ki, ukraynalı döyüşçülər Lastoçkinonun qərbinə çəkiliblər və "hazırlanmış müdafiə mövqelərini" tutublar. Lakin artıq fevralın 26-da Lastoçkino işğal edilib.

Hazırda Ukrayna ordusu Orlovka-Tonenkoye-Berdiçi xətti boyunca müdafiə qurmağa çalışır. 

Analitiklər qeyd edirlər ki, bütün bunlar əvvəlcədən lazımi hazırlıq görülmədiyindən, Avdeyevkadan sonra Ukrayna qoşunlarının dayanıqlı müdafiə xətti qurmaqda çətinlik çəkdiyini göstərir.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024