«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Rusiya Xerson və Zaporojyedən çıxmağa razılaşmışdı?- Peskov bir, Podolyak başqa bir şey deyir

Tarix: 01-03-2024 19:45 | Bölmə: Region | Baxış: 106



Xəbər verildiyi kimi, “The Wall Street Journal” nəşri 2022-ci ilin aprelində Rusiya və Ukrayna nümayəndə heyətləri tərəfindən hazırlanmış sülh müqaviləsinin layihəsini dərc edib.

Həmin sənədə görə, Ukrayna neytral statusu, Krımın və Donbasın işğalını, rus dilinin dövlət dili olmasını, qoşunlarının ciddi şəkildə ixtisar edilməsini və s. kapitulyasiya mahiyyətli şərtləri qəbul edəcəyi təqdirdə, müharibə dayandırıla bilərdi.

Sözügedən məsələyə Kremlin sözçüsü Dmitri Peskov və Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak münasibət bildirib.

Peskov deyib ki, həmin sənədin dərc edilməsinə tərəfdar deyillər və hazırda şərtlər fərqlidir: “Bircə onu deyə bilərəm ki, 2022-ci ilin martında yerdə şərtlər başqa idi, bu gün başqadır. Bizim ölkənin konstitusiyasına yazılmış yeni regionların hüquqi statusu da başqadır”.

Peskov Rusiyanın həmin ilin yazında Xerson və Zaporojye vilayətləri ərazisindən öz qoşunlarını çıxarmağa hazır olub-olmaması ilə bağlı suala da cavab verib: “Ümumiyyətlə, bəli. Həqiqətən də razılaşdırılmış mətn var idi, lakin biz onu dərc etmək istəməzdik”.

Lakin Ukrayna Prezident Ofisinin müşaviri, sözügedən danışıqların birbaşa iştirakçısı olan Mixail Podolyak Moskva ilə 2022-ci ilin yazında aparılan danışıqlarla bağlı fərqli fikirlər səsləndirib. O, sülh sazişi üçün variantların olmadığını deyib və bir sıra arqumentlər gətirib.

Podolyak vurğulayıb ki, danışıqların birinci Belarus və sonrakı Türkiyə mərhələlərində Rusiya son nəticədə artıq işğal olunmuş ərazilərin ona verilməsini və hüquqi cəhətdən onlardan imtina etməyi tələb edib: “Öz subyektivliyindən, mədəni kimliyindən, öz ordusundan imtina etmək...

Bu şərtlər dəyişməz idi. Qeyd-şərtsiz kapitulyasiya şərtləri olan yerdə “sülh” təklifini harada görürsünüz? Nəticə sadədir. Razılığa gəlmək üçün real imkanlar yox idi. Rusiya Federasiyası kapitulyasiya şərtlərini dəyişməyib. Ukrayna bu şərtləri qəti şəkildə heç vaxt qəbul etməyib”.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024