«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Son bir ildə Naxçıvanda 50 min insan iş yerini itirib - Rəsmi

Tarix: 04-03-2024 19:40 | Bölmə: Region | Baxış: 120



Bu ilin əvvəlinə olan məlumata görə Naxçıvan Muxtar Respublikasında muzdlu işçilərin (əmək müqaviləsi ilə işləyənlər) sayı 59 min 612 nəfər olub.

Son bir il ərzində Naxçıvanda muzdlu işçilərin sayı təxminən 2 dəfə azalıb. Belə ki, 2023-cü ilin əvvəlində Naxçıvanda 110 min 261 muzdlu işçi olub.

Məlumat üçün qeyd edək ki, azalma əsasən qeyri-dövlət sektorunda işləyənlərin sayında qeydə alınıb.

Naxçıvanda özəl sektorda işləyən muzdlu işçilərin sayı son bir il ərzində 3 dəfə azalaraq 72 min 645 nəfərdən 23 min 190 nəfərə düşüb.

Azalma istisnasız olaraq Naxçıvan Muxtar Respublikasındakı bütün inzibati rayonlarda qeydə alınıb. Ən böyük azalma Sədərək rayonunda qeydə alınıb. Ötən ilin əvvəlində Sədərəkdə 2 min 413 muzdlu işçi olduğu halda, bu ilin əvvəlində onların sayı 474 nəfər olub.

Digər inzibati rayonlarda isə muzdlu işçilərin sayı aşağıdakı kimi olub:



Elnur Əli


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024