«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Ukrayna şəhərlərinə kütləvi dron hücumu – 38 PUA vurulub, dağıntılar var

Tarix: 06-03-2024 13:37 | Bölmə: Region | Baxış: 87



Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bu gün səhər brifinqində bildirib ki, martın 6-na keçən gecə Rusiya hərbçiləri 42 kamikadze pilotsuz uçan aparat və beş raketlə Ukraynaya hücum edib.

Qeyd olunur ki, hava hücumundan müdafiə vasitələri Vinnitsa, Dnepropetrovsk, Odessa, Sumı, Xarkov, Xerson, Xmelnitski, Çerkassı vilayətləri üzərində 38 PUA-nı zərərsizləşdirə bilib.

Yerli administrasiyanın məlumatına görə, Sumidə dronlar üç obyektə düşüb. Dağıntı və tələfat haqqında məlumat yoxdur.
Məlumatda qeyd olunur ki, genişmiqyaslı dron hücumçu iki yüksək rütbəli rus hərbçisinin Haaqa Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən hərbi cinayətlərdə ittiham olunaraq axtarışa verilməsinin ertəsi gününə təsadüf edib.

Qeyd edək ki, Rusiya uzaqmənzilli aviasiyasının komandiri general-leytenant Sergey Kobılaş və Qara dəniz donanmasının komandiri admiral Viktor Sokolov mülki obyektlərə hücumlarda, mülki şəxslərə həddindən artıq zərər vurmaqda və insanlığa qarşı cinayətlərdə ittiham olunurlar.

Martın 6-da səhər saatlarında “Kinjal” qanadlı raketini daşıyan Rusiyaya məxsus MiQ-31K qırıcı təyyarəsinin havaya qalxması ilə əlaqədar Ukrayna ərazisi üzərində hava həyəcanı elan edilib.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024