«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
RUSİYA TƏYYARƏLƏRİNİ BUNA GÖRƏ RİSKƏ ATIR - Yeni hava taktikası

Tarix: 06-03-2024 13:55 | Bölmə: Region | Baxış: 97



Ukrayna Silahlı Qüvvələrinin son həftələr ərzində bir neçə bombardmançı təyyarəni vurmasına baxmayaraq, Rusiya Ukraynaya intensiv hava zərbələri endirməkdə davam edir. 

Bunu ABŞ Müharibə Araşdırma İnstitutu(ISW) son hesabatında bildirib.

Amerikalı mütəxəssislər hesab edirlər ki, Rusiya cəbhədə irəliləmək xatirinə döyüş təyyarələrini itirməyə hazırdır.

“Forbes”-in məlumatına görə, Rusiyanın Su-34 təyyarələri Su-35 təyyarələrinin müşayiəti ilə təxminən 40 kilometr məsafədə Ukrayna mövqelərini bombalamaq üçün gündə yüz və daha çox döyüş uçuşu həyata keçirir. 

“New York Times” isə yazır ki, rusların cəbhə xəttində “daha aqressiv” hava taktikası işğalçılara şərqdə irəliləməyə kömək edib.

Analitiklər qeyd ediblər ki, Rusiya Hərbi Hava Qüvvələri Ukraynada hava əməliyyatlarının yüksək tempini saxlayır və çox güman ki, rus komandirləri belə hava əməliyyatlarının müsbət təsirlərinin bu cür missiyalarla bağlı xərclərdən daha çox olduğuna qərar verdiklərinə görə təyyarələr üçün riskləri qəbul etməyə hazırdırlar: 

“İşğalçılar fevralın ortalarında Avdeyevkanın tutulması zamanı idarə olunan bombalardan istifadə etdilər və ehtimal ki, cəbhənin digər sektorlarında davam edən hücum əməliyyatlarını dəstəkləmək üçün bu effekti təkrarlamağa çalışırlar”.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024