RUS ƏSGƏRLƏRİ KÜTLƏVİ ŞƏKİLDƏ ƏSİR DÜŞÜR, İTKİLƏRİ ARTIR - Ukraynadakı son durum açıqlandı /VİDEO
Rusiya ordusunun əsgərləri Ukraynada kütləvi şəkildə, dəstələr halında bəzən heç bir müqavimət göstərmədən əsir düşür.
Sosial şəbəkələrdə hər gün bunu təsdiqləyən çoxsaylı videolar yayılmaqdadır. Növbəti belə videoda əsir düşən rusların avtobusa doldurulması əks olunur, onların üst-başı palçıq içindədir, özləri günlərlə ac qaldıqlarını deyirlər və ukraynalı döyüşçülərin verdikləri çörək parçalarını acgözlüklə yeyirlər.
“Bütün bunlar bizim Ukraynanın meşələrində və çöllərində dolaşır, dərin şok vəziyyətində. Kalonlar darmadağın edilib, yemək yoxdur. Hər yerdə düşmənlərdir”,-müharibə xəbərləri yayan telegram-kanallardan biri həmin görüntüləri bu qeydlə yayıb.
Qeyd olunur ki, rusların aclığa və soyuğa tab gətirməyərək təslim olduqları görünür. Onlar avtobusa mindirildikcə hansı şəhərlərdən xidmətə çağırıldıqlarını deyirlər...
Qeyd edək ki, bu gün səhər də Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun bir qrup hərbçisini əsir götürüb.
Bununla bağlı görüntülər yayılıb.
[media=https://www.youtube.com/watch?v=BsDURPBkbLQ]
Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin sayı da sürətlə artır. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukda məlumat yayıb.
Bildirilib ki, indiyədək 9 166 nəfər zərərsizləşdirilib, 251 nəfər əsir götürülüb.
Bundan başqa, işğalçı qüvvələrin 33 təyyarə, 37 helikopter, 251 tank, 939 zirehli döyüş maşını, 105 artilleriya qurğusu, 18 hava hücumundan müdafiə sistemi, 50 reaktiv yaylım atəş sistemi, 60 yanacaq sisterni, 3 PUA, 2 qayıq, 404 avtomobil texnikası məhv edilib.
“Məlumatlar daha dəqiq olur. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşir”, - məlumatda vurğulanıb.
***
Rusiya qoşunları Ukraynada Zaporojye Atom Elektrik Stansiyasının ərazisinə nəzarəti ələ keçiriblər.
Bu barədə məlumatı Ukraynanın Nüvə Tənzimlənməsi üzrə Dövlət Müfəttişliyi yayıb.
Məlumata görə, rusiyalı hərbçilər hazırda stansiyanın inzibati binasına və girişinə nəzarət edirlər.
Bildirilir ki, stansiyanı qoruyan ukraynalı hərbçilər arasında ölən və yaralananlar var. Buna baxmayaraq, stansiyanın personalı enerji bloklarında işləməyə davam edir.
***
Ukrayna Müdafiə Nazirliyi Rusiyaya qarşı müqavimətin doqquzuncu günü ilə bağlı məlumat yayıb. Bildirilib ki, Enerqodardakı Zaporojya AES-in təlim binasında baş verən yanğın söndürülüb. Ölən yoxdur.
Rusiya qoşunları əsas səyləri Kiyevin mühasirəyə alınmasına və blokadaya alınmış yaşayış məntəqələrində müqavimətin zəifləməsinə yönəldiblər: “Bu tapşırığın icrası zamanı Rusiya Silahlı Qüvvələri əməliyyat ehtiyatlarının böyük hissəsini tükədiblər. Onlar Cənub və Şərq hərbi dairələrindən əlavə qüvvə və vasitələrin köçürülməsi üçün hazırlıqlara başlayıblar. Volın istiqamətində qarşı tərəf 2 tabor taktiki qrupunun köməyi ilə Poliske və Kuxari ərazilərində müdafiə əməliyyatlarına keçib”.
Nazirliyin məlumatına görə, Rusiya tərəfi Belarus Silahlı Qüvvələrini Ukraynaya qarşı müharibəyə cəlb etmək üçün sərhəddə silahlı təxribatlar törədə bilər.
Rəsmi informasiyaya əsasən, ruslar Xarkovu şimaldan mühasirəyə alırlar: “Rusiya qoşunları Axtırka bölgəsində uğur qazana bilməyib və əsas qüvvələrini Qadyaç və Zinkov rayonlarında cəmləşdirib. Texnikada əhəmiyyətli üstünlüyə malik olan rusiyalılar Mariupolu mühasirəyə alıb. Luqansk istiqamətində döyüşlər gedir. Nikolayev istiqamətində rusiyalıların qarşısı alınıb, lakin Voznesensk istiqamətində qismən uğur qazanıblar.
Rusiya hərbi dəniz qrupu dəniz bazalarından çıxarılıb. Ruslar bütün istiqamətlərdə itki verir. Demotivasiya olunmuş qarşı tərəf təslim olur və texnikanı atırlar”.
Digər xəbərlər
Tarix: 04-03-2022 13:46 | Bölmə: Region | Baxış: 172

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024