HƏSƏNOV ANKARADA, PAPİKYAN TEHRANDA - Müharibəyə hazırlıq gedir?
"Cənubi Qafqazda geosiyasi mübarizənin kəskinləşdiyi və Ermənistanın Azərbaycana qarşı müharibə hazırlığının müşahidə edildiyi dövrdə Bakı və İrəvanda hərbi rəhbərliyin səfər marşrutları diqqətdən yayınmır.
- Azərbaycan müdafiə naziri Zakir Həsənov dünən Türkiyəyə səfər etdi;
- Ermənistan müdafiə naziri Suren Papikyan eyni gündə İrana getdi;
Hərbi müttəfiq olan Azərbaycan və Türkiyə arasında bu cür səfərlərin intensivliyi və koordinasiyalı fəaliyyət təəccüblü deyil.
Lakin bölgədə baş verənlər Həsənovun səfərinə fərqli mənalar da yükləyir, xüsusilə iki ölkə ordusunun "saatlarının yoxlanılması”, Bakı və Ankaranın mümkün təhlükələrə qarşı birgə addımlarının hazırlanması baxımından".
Bu fikirləri syasi şərhçi Asif Nərimanlı "qaynarinfo"-da dərc olunan yazısında bildirib.
Asif Nərimanlı daha sonra qeyd edib: "Ermənistanın sürətlə silahlandırılması – Fransa, Yunanıstan, Hindistan, ardınca İran – mümkün təhlükənin nədən ibarət olduğunu aydın göstərir.
Rəsmi İrəvan hərbi sferada diversifikasiya siyasətini apardığını elan etsə də, bütün addımların Rusiyaya qarşı Cənubi Qafqazda Ermənistan üzərindən ikinci cəbhənin açılmasına hesablandığı sirr deyil. Və bu ssenarini Ermənistanın Azərbaycana hücumu, sərhəddə eskalasiyanın yaradılması vasitəsilə həyata keçirmək istədikləri də bəllidir.
Qərb mümkün eskalasiya ilə Ermənistanın təhlükəsizlik sferasına rəsmi şəkildə daxil olmaq haqqı qazana bilər, İrəvan isə sülh gündəliyini sıfırlamağı, Bakı ilə danışıqlarda mövqelərini gücləndirməyi hədəfləyir.
Və mümkün eskalasiya ssenarisində İranın Ermənistan üçün regional əhəmiyyəti böyükdür.
Birincisi, İrəvan Qərbin dəstəyi ilə tətbiq edəcəyi müharibə ssenarisində Türkiyə və Azərbaycanla yanaşı, Rusiya ilə də üz-üzə gələcəyini bilir: İranın bu ssenaridə əks cəbhədə yer alması Ermənistan üçün çətin vəziyyət yarada bilər;
İkincisi, mümkün eskalasiyada Qərb nə qədər Ermənistana dəstək versə də, regional müstəvidə proseslərə birbaşa müdaxiləsi ən azı coğrafi baxımdan çətindir:
buna görə İrəvan Tehranın dəstəyini almaq, həm regional balansı müəyyən qədər saxlamaq, həm də hərbi toqquşma zamanı əks cəbhəyə - Ankara-Bakı-Moskva – qarşı regional müstəvidə təklənmək istəmir;
Papikyanın Tehrana səfəri İranla hərbi əməkdaşlığı genişləndirmək, bu ölkədən silah almaq, həmçinin, Hindistandan gələn silahların tranzitini genişləndirməklə yanaşı, mümkün müharibə ssenarisinə hazırlıq məqsədi də daşıyır.
Rəsmi Bakının hadisələrin inkişafını və perspektiv riskləri dəyərləndirdiyi məlumdur. Bu kontekstdə Papikyanın İrana getdiyi gün Zakir Həsənovun Türkiyəyə səfərinə də mümkün müharibə ssenarisinə hazırlıq kimi baxmaq olar".
Digər xəbərlər
Tarix: 07-03-2024 18:30 | Bölmə: Region | Baxış: 126

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024