İRANDA BÖHRANA YOL AÇAN SEÇKİ - ermənilər və kürdlər sevinir /FOTO
İrandakı seçkilər yeni böhrana yol aça bilər. Ölkə iqtisadi cəhətdən ağır duruma düşüb, sosial tələblərlə etiraz aksiyaları artıb. Əhalisinin 60 faizi yoxsulluq həddindədir. Üstəlik, regiondakı proseslər də molla rejiminin ziyanına işləyir.
Martın 1-də İran xalqı müasir tarixində ən maraqsız seçkilərdən birini keçirib. Parlament və Dini Ekspertlər Şurasına seçkilərdə fəallıq gözlənildiyi kimi, rekord səviyyədə aşağı olub.
Dövlət Seçki Mərkəzinin məlumatlarına əsasən, Tehranda seçici fəallığı cəmi 23,5%, ölkə üzrə isə təxminən 38% təşkil edib. Belə ki, səsvermə hüququ olan 61 milyon İran vətəndaşından cəmi 25 milyonu seçkiyə gedib.
Bəzi qeyri-rəsmi məlumatlara görə, əslində seçici fəallığı heç 20 faizə də çatmayıb. Bəziləri əvvəldən bəyan edirdilər ki, “mənasız” saydıqları seçkilərə getməmək daha yaxşıdır.
Mövzu ilə bağlı "Kaspi" qəzetində dərc edilən məqaləni eəqdim edirik.
Etiraz aksiyalarından sonra ilk seçki
Nəticələrə gəldikdə, ölkədə sərt xətt tərəfdarları hakimiyyətlərini daha da möhkəmləndirməyə müvəffəq olublar.
Bu, 2022-2023-cü illərdə ölkəni bürümüş kütləvi xalq etirazlarından sonra keçirilən ilk seçki olduğundan bir çox xüsusiyyətləri ilə fərqlənib. Eyni zamanda, bu seçki İbrahim Rəisi hökuməti dövründə baş tutan ilk seçkidir.
Qeyd edək k, İran parlamenti 290 yerdən ibarətdir. Hər 10 ildən bir parlamentdə 20 deputat sayı artırılır. Konstitusiyaya əsasən, beş yer dini azlıqların (xristian, yəhudi və zərdüşti) nümayəndəsi üçün nəzərdə tutulur. Ekspertlər Şurasına səkkiz ildən bir seçki keçirilir.
İranın ali rəhbərini müəyyən edən bu qurum 88 müctəhiddən formalaşır. Bu seçkidə 61 milyon 87 min İran vətəndaşının səsvermə hüququ olub. 15 mindən çox vətəndaş deputatlığa namizəd olmaq üçün Daxili İşlər Nazirliyinə müraciət edib.
Onların 75 faizinin namizədliyi qeydə alınıb. Mindən çox qadın deputatlığa namizəd olub. Şura üzvlüyünə isə 144 iddiaçı namizədliyini irəli sürüb. Ekspertlər Şurası ali rəhbəri seçən seçkili orqandır. Bu quruma 97 yaşlı ayətullah Əhməd Cənnəti başçılıq edir.
Ehtimal edilir ki, bu seçkilər yeni böhrana yol aça bilər. Ölkə iqtisadi cəhətdən ağır duruma düşüb, sosial tələblərlə etiraz aksiyaları artıb.
Əhalisinin 60 faizi yoxsulluq həddindədir. Üstəlik, regiondakı proseslər də molla rejiminin ziyanına işləyir. HƏMAS-İsrail cəbhəsində fələstinlilərin məğlubiyyəti Tehranın Yaxın Şərqdən qovulmasının başlanğıcı ola bilər.
Siyasi zərurət və mənəvi vəzifə
Ali dini lider ayətullah Əli Xamenei seçkiyə ilk gedənlər sırasında olub. O, iranlıları mümkün qədər tez səsverməyə getməyə çağırıb.
Xəbərdarlıq edib ki, seçkiləri İranın dostları da, düşmənləri də izləyir. “Dostları sevindirin, düşmənləri ümidsiz edin”, - deyə 84 yaşlı Xamenei səs verəndən sonra deyib. Lakin bu da kömək etməyib.
Bir sıra tanınmış xadimlər, o cümlədən Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi seçkini açıq şəkildə boykota çağırıb, onun nəticəsinin öncədən müəyyənləşdirildiyini deyib.
N.Məhəmmədi seçki ilə bağlı sanksiyaların və dünya qınağının “siyasi zərurət və mənəvi vəzifə” olduğunu bildirib. Keçmiş daxili işlər nazirinin müavini Mustafa Taczadə də səsverməyə qarşı çıxıb, ali dini lideri ölkənin böhranlarına laqeydliyinə görə tənqid edib.
Qərbi Azərbaycan vilayətində polis ictimai itaətsizliyə, seçkidə iştirak etməməyə çağıran sosial media səhifələrinə görə 50 nəfərin saxlandığını elan edib.
Vətəndaşların fikrincə, bu seçkilər hakimiyyəti mühafizəkarların əlində cəmləşdirəcək. Bu rəylər İranın dini hakimiyyətinin üzləşdiyi çətinlikdən soraq verir. Xorasan-i Rəzəvi əyalətində parlament seçkilərini boykota çağıran 11 sosial media kanalı bağlanıb.
Bu barədə Polis Komandanlığının İnformasiya Təşkilatının Kiber Mərkəzi məlumat yayıb. “Kanallar ictimai rəydə təşviş yaratmaq, hökumətə qarşı təbliğat və seçkilərdə iştirakdan imtinaya çağırış etdikləri üçün bağlanıblar”, - məlumatda bildirilib.
İran erməniləri və kürdlər sevinir
İranda parlament seçkilərinin nəticələri ermənilərin sevincinə səbəb olub. Seçilmiş 290 deputatdan ikisi etnik ermənidir. Biri Ara Şahverdyan Tehranda, ikincisi Qeqard Mansuryan İsfahanda yenidən seçilib. Güney Azərbaycanın əsas şəhərlərindən olan Urmiya, Sulduz, Makuda isə kürdlər irəli çıxıb.
Kürdlər Urmiyada üç millət vəkili yerinin üçünü də, Sulduz və Makuda isə hər birində bir olan millət vəkili yerlərini qazanıblar. Qeyd edək ki, indiyə qədər həmişə Urmiyada hər üç mandat, Sulduz və Makuda isə hər bir mandat azərbaycanlı namizədlər tərəfindən qazanılırdı.
Xameneinin rəqibi Ekspertlər Şurasından kənarda qaldı
Ekspertlər Şurasına keçirilən seçkilərdə ən diqqət çəkən məqamlardan biri də 25 il bu şuranın üzvü olmuş Ayətullah Sadiq Amoli Laricaninin məğlubiyyəti olub.
Mazandaran əyalətindən namizəd olan Amoli Laricani səsvermə nəticəsində dörd yer uğrunda mübarizə aparan beş namizəd arasında beşinci yeri tutub və Ekspertlər Şurasından kənarda qalıb.
On il İran Məhkəmə-Ədliyyə Hakimiyyətinin rəhbəri olmuş, hazırda isə Məsləhət Şurasına sədrlik edən Amoli Laricaninin adı bir vaxtlar ölkənin ali rəhbəri postunda ayətullah Əli Xameneini əvəzləməsi ehtimal olunan şəxslər sırasında çəkilirdi.
Qeyd edək ki, Amoli Laricani İran parlamentinin keçmiş sədri Əli Laricaninin qardaşıdır. Əli Laricani 2021-ci il prezident seçkisində namizədliyini irəli sürsə də, Nəzarət Şurası tərəfindən seçkiyə buraxılmamışdı.
Beləliklə, İran son 45 ildə ən mənasız seçkilərindən birini keçirdi. Hakimiyyət sevinsə də, bu, ona baha başa gələ bilər. Əhali prosesə ciddi önəm verməsə də, ölkə barıt çəlləyinə bənzəyir.
Digər xəbərlər
Tarix: 10-03-2024 18:00 | Bölmə: Region | Baxış: 102

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024