«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
“PAŞİNYANA DEDIM Kİ...”- Karapetyan Rusiya ilə gizli razılaşmadan danışdı

Tarix: 15-03-2024 19:35 | Bölmə: Region / Rezonans | Baxış: 124



“Biz üç il yarım itirdik. Bu, təhlükəsizliyimizi bərpa etmək və hətta inkişaf etdirmək üçün kifayət idi, amma heç nə edilmədi”.

Bunu Ermənistanın keçmiş müdafiə naziri, “Ümumerməni cəbhəsi” hərəkatının lideri, general-mayor Arşak Karapetyan yerli mətbuata müsahibəsində deyib.

“2021-ci ildə mən nazir təyin olunanda Rusiya müdafiə naziri ilə razılığa gəldik. Nəticədə Rusiyanın müxtəlif akademiyalarından 40 yüksək rütbəli general, zabit və hərbi sahənin professoru Ermənistana gəldi. Onlar bilikli, təcrübəli zabitlər və generallar idi. 

Bizimlə 1,5 ay işlədilər və bir sənəd hazırladılar, onu müzakirə etdik, qəbul etdik və həyata keçirməli olduq. Sənəddə gələcək təhlükəsizlik sistemimizdən bəhs edilirdi. 

Bundan sonra biz Rusiya müdafiə naziri ilə görüşəndə dedim ki, sizin işiniz bununla bitmir, indi zəhmət olmasa, mütəxəssislər göndərin ki, sənədi həyata keçirək. Bizdə gəlib 3 il Ermənistan ordusunda işləməli olan 80-ə yaxın zabitin siyahısı var idi ki, ordumuzu inkişaf etdirək” - deyə, Karapetyan bildirib.



Karapetyan qeyd edib ki, sözügedən sənəddə Ermənistan ordusuna verilməli olan silahlar da göstərilib və onların təminatının bir hissəsini Rusiya tərəfi öz üzərinə götürüb: “Bütün bunları həyata keçirsəydik, Qarabağı çətin ki, itirərdik.

Çətin ki, bu gün sərhəddən kənara qorxu ilə baxardıq. Paşinyana dedim ki, mənə 3 il sülh lazımdır, eyni şeyi Arayik Arutyunyana da demişəm” .

Keçmiş nazirin müsahibəsində dediklərindən bir daha aydın olur ki, erməni hərbi-siyasi eltası Azərbaycanla yeni müharibəyə başlamaq niyyətindədir.

Amma 44 günlük müharibədə, eləcə də ötən ilin sentyabrında Azərbaycan ordusunun keçirdiyi antiterror əməliyyatı Ermənistanı hücum potensialından məhrum edib.

Dünən Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin edərkən düşmən milyardlarla dollar silah-sürsat və hərbi texnikadan məhrum olunub. 

Təkcə ötən il Ermənistanın Qarabağdakı 1 milyard dollar dəyərindəki hərbi texnikası Azərbaycan tərəfindən müsadirə edilib.

Azərbaycan hərbi-siyasi rəhbərliyi Ermənistanda revanş hissi ilə alışıb-yanan dairələri, onların xarici havadarları tərəfindən silahlandırılmasını diqqətlə izləyir və öz tədbirlərini görür.

44 günlük müharibədən sonra Azərbaycan Silahlı Qüvvələrində genişmiqyaslı tədbirlər həyata keçirilir.

Xüsusən də ordunun hərbi arsenalı Türkiyə və İsrail hərbi sənayesinin ən müasir texnologiyalı silah-sursan, hərbi texnikaları ilə zənginləşdirilir. Açıq mənbələrdən əldə olunan məlumatlara görə bu istiqamətdə milyardlarla dollar xərclənir.



Bu gün Azərbaycan ordusu dünyada ən güclü 50 ordu sıralarına daxil olub və günü-gündən hərbi qüdrətini artırır. 

Bu, təkcə, Ermənistandan gələn potensial təhdidlərlə bağlı deyil, hazırda geosiyasi müharibənin regionda yaratdığı risklərdən qorunmaq üçün ən zəruri müdafiə tədbirləridir.

Müsahibədən göründüyü kimi, general Karapetyan Rusiya hərbi sənayesinin məhsullarına və rus generallarının hazırladığı hərbi strategiyaya güvənib.

Amma o xatırlamaq istəmir ki, 44 günlük müharibədə Azərbaycan Rusiya hərb sənayesinə də sarsıdıcı zərbə vurub. Rusiyanın hərbi strateqlərinin 30 il ərzində Qarabağda qurduğu istehkamları dünyanın gözü qarşısında darmadağın edib. 

Yenidən eyni silahla, eyni planla Azərbaycanın üstünə gəlmək iddiası Ermənistan üçün növbəti faciələrə yol açardı. Görünür, məğlubiyyətdən dərs çıxarmış Baş nazir N.Paşinyan da bunu nəzərə alıb onu müdafiə naziri postundan qovub...

Rasim Əliyev

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024