«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
“Krım və Sevastopolun mənsubiyyət məsələsi həmişəlik bağlıdır”- Lavrov

Tarix: 16-03-2024 20:30 | Bölmə: Region | Baxış: 107



“Krım və Sevastopol Rusiyanın ayrılmaz hissəsidir, onların mülkiyyət məsələsi həmişəlik bağlıdır”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Krım baharı”nın 10-cu ildönümünə həsr olunmuş videomüraciətində vurğulayıb.

“Krım və Sevastopolun mülkiyyəti məsələsi bağlıdır. Yarımada Rusiya Federasiyasının ayrılmaz hissəsidir”, - Lavrov deyib.

Nazirin sözlərinə görə, ötən illər ərzində Ukraynadan “miras qalan” bir çox problemləri aradan qaldırmaq mümkün olub:
“Bundan əlavə, Krımda milliyyətindən və dil seçimindən asılı olmayaraq, istisnasız olaraq bütün vətəndaşların hüquqlarına ciddi riayət olunur.

Vəziyyətin sonrakı inkişafı göstərdiyi kimi, belə bir qərar (Rusiya Federasiyası ilə birləşmə - red.) yeganə düzgün qərar idi. 

Bu, krımlıların həyatını, şərəf və ləyaqətini rusofob Kiyev rejiminin təcavüzlərindən qorumağa imkan verdi”.


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024