«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Lideri Bakıya gələn ölkənin başı dərddə: "Rusiya ərazisini ilhaq edə bilər..."- Politoloq

Tarix: 17-03-2024 15:50 | Bölmə: Region | Baxış: 126



Tiflisi yaxın müddətdə ağır günlər gözləyə bilər. Cənubi Osetiyanın separatçı liderləri bölgənin Rusiyanın tərkibinə daxil olması üçün Moskva ilə danışıqlar aparırlar.

Bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Azərbaycan - Gürcüstan münasibətlərindəki son duruma diqqət çəkib:

"Prezident İlham Əliyev Gürcüstan Baş naziri İrakli Kobaxidze ilə martın 16-da mətbuata bəyanatla çıxış edərkən iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı və ortaq layihələrdən danışanda ölkələrimizin ərazi bütövlüyü, suverenliyi ilə bağlı bir daha qarşılıqlı dəstək ifadə edildiyini xüsusi vurğuladı:

“Bu gün mətbuat qarşısında mən bunu bir daha demək istəyirəm. Biz bütün dövrlərdə bir-birimizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığını dəstəkləyən açıqlamalar vermişik, müvafiq beynəlxalq təşkilatlarda səsvermə zamanı bir-birimizi dəstəkləmişik, bundan sonra da bu dəstək davam edəcək. Heç bir ölkənin suveren ərazisi zor gücü ilə dəyişdirilə bilməz”.

İrakli Kobaxidze bu mövzuya qısa şəkildə toxundu: “Azərbaycana və Prezidentinə təşəkkür edirəm ki, hər zaman ölkəniz bizim ölkəmizin suverenliyi və ərazi bütövlüyünü dəstəkləyib. Bildiyiniz kimi, Gürcüstan da hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”.

Buna baxmayaraq, Gürcüstan baş naziri “Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi münasibətilə təbrik edirəm” ifadəsini işlətmədi. Halbuki Qazazxıstan Prezidenti Kasım-Jomart Tokayev bir neçə gün əvvəl Azərbaycana səfəri zamanı ərazi bütövlüyünü təmin etməsi münasibətilə həmkarı İlham Əliyevi təbrik etmişdi.

Azərbaycan ərazi bütövlüyünü təmin etdiyi halda, Gürcüstan bunu edə bilməyib. Deməli, hazırkı şərtlər daxilində ərazi bütövlüyü məsələsində dəstək daha çox Gürcüstan hakimiyyətinə lazımdır.

Tiflisi yaxın müddətdə ağır günlər gözləyə bilər. Məsələ budur ki, Cənubi Osetiyanın separatçı liderləri bölgənin Rusiyanın tərkibinə daxil olması üçün Moskva ilə danışıqlar aparırlar. Bu məqsədlə “referendum” keçirilməsi də planlaşdırılır.

Kremlin necə qərar verəcəyi bəlli deyil. Ukraynada işğalçı müharibə aparan Rusiya Gürcüstan istiqamətində hələ ki, ehtiyatlı mövqe nümayiş etdirir. Rusiya ilə Gürcüstan arasında diplomatik münasibətlər olmasa da, diplomatik gərginlik də yoxdur, qeyri-rəsmi təmasları var, idxal-ixrac əməliyyatları həyata keçirilir.

Yəni Gürcüstan hakimiyyəti hələ ki, Kremli ciddi narahat etmir. Ancaq Gürcüstan Avropa Birliyi və NATO üzvlüyünə daha çox yaxınlaşarsa, Kremlin siyasəti dəyişəcək.

Hadisələrin bu istiqamətdə inkişafı halında Kremlin Cənubi Osetiya və Abxaziyanın Rusiyanın tərkibinə qatması qərarı istisna deyil. Belə olan halda Tiflisin bir çox dövlət, o cümlədən Azərbaycanın Gürcüstanın ərazi bütövlüyünü tanıyan bəyanatına ehtiyacı yaranacaq".

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024