«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şoyqu Qara Dəniz Donanmasını XİLASA CƏHD EDİR - Dəniz dronlarını DƏF ETMƏK ÜÇÜN...

Tarix: 17-03-2024 16:15 | Bölmə: Region | Baxış: 113



Rusiya Müdafiə naziri Sergey Şoyqu Qara Dəniz Donanmasının komanda məntəqəsinə baş çəkib.

APA-nın Rusiya bürosu xəbər verir ki, o, pilotsuz qayıqların hücumlarını dəf etmək üçün məşq etməyi tapşırıb.

“Hər gün şəxsi heyətlə təlim keçirmək lazımdır. PUA-ların hücumlarını və ekipajsız qayıqların (dəniz dronları) hücumlarını dəf etmək üçün təlimi nəzərdə tuturam. Təlimi gecə-gündüz aparın ki, bütün heyətimiz hazır olsun”, - deyə Şoyqu bildirib.

PUA-ların hücumlarını dəf etmək üçün Şoyqu gəmilərə əlavə atəş gücü və iri çaplı pulemyotlu tüfəng sistemlərinin yerləşdirilməsini əmr edib.

Qeyd edək ki, Ukrayna müharibəsi zamanı Rusiyanın Qara Dəniz Donanması xeyli hərbi gəmisini itirib.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024