«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Ukrayna üçün vuruşan rus könüllülər Rusiyanın daha 2 məntəqəsini tutdu...- FOTO

Tarix: 18-03-2024 13:15 | Bölmə: Region | Baxış: 117
Ukrayna tərəfdə vuruşan rus könüllülər Rusiyanın daha 2 məntəqəsini  tutdu...-FOTO

Dünən - bazar günü, martın 17-də Rusiya Federasiyasında Kreml rejiminə qarşı döyüşən Rusiya Könüllülər Korpusu (RKK) və "Sibir batalyonu"nun döyüşçüləri Rusiyanın Belqorod vilayətinin Qrayvoronski rayonunun Kozinka kəndinin azad edildiyini bəyan ediblər.



“TSN” kanalı xəbər verir ki, bu barədə "Sibir batalyonu"nun telegram-kanalında məlumat paylaşılıb.
 
"Rusiya Federasiyası ərazisində könüllü qüvvələrin məhdud xüsusi əməliyyatı davam edir. Rusiya Federasiyasının Kozinka kəndində “Sibir batalyonu”nun və RKK-nın bayraqları qaldırılıb", - deyə rus könüllülər foto dərc edərək bildiriblər.
 
Qeyd edilir ki, həmin gün səhər saatlarında Sibir batalyonunun döyüşçüləri İçkeriya Çeçenistan Respublikasının könüllüləri ilə birlikdə Belqorod vilayətinin Qorki yaşayış məntəqəsinə daxil olduqlarını və yerli administrasiyanın binalarını ələ keçirdiklərini elan ediblər. 

Könüllülər öz bəyanatlarını təsdiqləmək üçün əllərində “Qorki kənd qəsəbəsinin administrasiyası” yazılmış lövhə və ayaqlarının altında  üçrəngli Rusiya  bayrağı olan olan foto-şəkil dərc ediblər...
 
O da xatırladılır ki, “Rusiyanın Azadlığı” legionunun bölmələri, Rusiya Könüllülər Korpusu və “Sibir batalyonu” martın 12-də səhər saatlarında Ukrayna-Rusiya sərhədini keçərək Rusiyanın Belqorod və Kursk vilayətlərinin ərazisinə daxil olublar. Onların azadlıq reydi davam edir...
 
Rusiya Dövlət Dumasının keçmiş deputatı İlya Ponomaryovun sözlərinə görə, Putin rejiminə qarşı döyüşmək üçün Rusiya Federasiyası ərazisinə qayıdan rusiyalı könüllülər azad edilmiş rayonlarda alternativ hökumət elan etmək niyyətindədirlər...

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024