"TÜRKİYƏNİN ŞƏRTLƏRİ VAR..."- “Qərb tələsirsə, Bakıya qulaq asmalıdır”
“Bakı və Ankara səbrlə Ermənistan-Rusiya gərginliyini izləyir…”
“XX əsrin 90-cı illərinin əvvəllərindən Türkiyənin Cənubi Qafqazda yeri və rolu yüksəlməyə başladı.
Bu, məntiqlidir, çünki əvvəllər bölgədə Türkiyə, ümumiyyətlə, yox idi. 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi ilə bu yüksəliş dayanıqlı hala gəldi”.
Bunu politoloq Fərhad Məmmədov Türkiyə-Qərb münasibətlərində Cənubi Qafqaz regionunun əhəmiyyətini şərh edərkən deyib.
Ekspert xatırladır ki, Rusiya və İranla müqayisədə Türkiyənin regionun hər üç ölkəsi ilə sərhədi var: “Lakin Naxçıvanın Azərbaycanın qalan hissəsi ilə birbaşa əlaqəsi yoxdur və Ermənistanla sərhəd bağlıdır.
Türkiyənin bölgədəki gücü və qüdrəti onun Azərbaycanla müttəfiqliyi, Gürcüstanla strateji tərəfdaşlığı sayəsində formalaşıb. Boru kəmərləri və dəmir yolları bölgəni Türkiyə ilə, Türkiyə vasitəsilə isə Avropa və dünya bazarı ilə birləşdirən əsas layihələrə çevrildi.
Türkiyənin uğurunun düsturu ondan ibarətdir ki, Ankaranın regiondakı müttəfiqi Azərbaycan işin böyük hissəsini öz üzərinə götürdü və alyansın sinerjisi üçün şərait yaratdı. Rusiya-Ermənistan tandemindən (patron-müştəri) fərqli olaraq, Azərbaycan və Türkiyə bərabərhüquqlu və qarşılıqlı faydalı münasibətlər qurub, Gürcüstanı da bu formata cəlb edib.
2020-ci il müharibəsinin nəticələri müttəfiqin qələbəsi ilə nəticələnməsi Türkiyənin bölgədəki nüfuzunu daha da gücləndirdi və gələcəkdə də təsirinin genişlənməsinə də şərait yaradacaq”.
Politoloq vurğulayıb ki, müharibə nəticəsində Ankara – İrəvan əlaqələrinin normallaşması və Zəngəzur dəhlizinin açılması ilk növbədə, Türkiyəyə Ermənistanda təmsil olunmaq, daha sonra Azərbaycanın əsas hissəsi ilə fasiləsiz əlaqə qurmaq imkanı yaradacaq.
Ekspert hesab edir ki, Ermənistanın xarici siyasət prioritetlərini Rusiyadan Qərbə dəyişməsi həm də Türkiyənin maraqlarına uyğundur: “Çünki fiziki və institusional baxımdan Ermənistan üçün Qərb Türkiyədir.
Əgər Ermənistan rəhbərliyi Rusiyadan uzaqlaşmaq üçün minimal addımlar atmağa başlayıbsa, o zaman Türkiyə ilə bağlı sərhədə məhəl qoymamaq getdikcə çətinləşəcək.
Ermənistanın Türkiyə ilə təmasda maraqlı olması, ABŞ və Aİ simasında İrəvan himayədarlarının isə münasibətlərin normallaşması prosesini sürətləndirmək istəyi bundan irəli gəlir”.
F.Məmmədova görə, amma Türkiyənin şərtləri var və bu şərtlər Azərbaycanla razılaşdırılır.
Ekspert qeyd edir ki, Bakı və Ankara Ermənistan-Rusiya ritorik gərginliyini səbirlə izləyir, İrəvandan konkret addımlar gözləyir.
“Avqustun 1-nə kimi Rusiya sərhədçilərinin paytaxt hava limanından çıxarılması dominoların aşmağa başladığından xəbər verəcək.
Növbəti addım Ermənistanın KTMT-dən çıxması olmalıdır... Səbəbsiz deyil ki, Qərbdə hamı sülh müqaviləsindən danışır və prosesi sürətləndirməyə çalışır” –deyə, o, bildirib.
F.Məmmədov hesab edir ki, əgər Qərb tələsirsə və artıq hərəkətə keçibsə, o zaman Bakının mövqeyinə daha çox qulaq asmalı və İravana Azərbaycanın beynəlxalq hüquqa və sadə məntiqə əsaslanan şərtlərini həyata keçirməyə kömək etməlidir.
Onun sözlərinə görə, Azərbaycan qeyri-adi heç nə tələb etmir: qanunvericilikdə dəyişikliklər, təzminatlar, şərti sərhəddə öz ərazilərinin tanınması.
“Bizə mane olan bizə kömək edəcək!” “Qafqaz əsiri”ndən bu sitat indiki mərhələdə Türkiyə üçün çox aktualdır. Qərb uzun onilliklər ərzində inteqrasiyanı məhdudlaşdırmaq üçün Türkiyə qarşısında “erməni məsələsi”ni qaldırıb. İndi “erməni məsələsi” maneədən köməyə çevrilə bilər.
Məhz Ermənistan-Türkiyə münasibətlərinin normallaşması məsələsi Türkiyənin Avropa İttifaqına üzvlük prosesində ciddi rol oynaya bilər.
Üstəlik, Türkiyənin ali rəhbərliyi Aİ üzvlüyünü strateji məqsəd adlandırır. Niyə də yox?! Əgər erməni məsələsi Qərb üçün bu qədər önəmlidirsə... İsveçin NATO üzvlüyü məsələsində sərf olunan enerjinin həddi-hüdudu yox idi” – deyə, politoloq xatırladır.
Rasim Əliyev
Digər xəbərlər
Tarix: 18-03-2024 20:45 | Bölmə: Region | Baxış: 132

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024