«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
“BUNU ETMƏLİYİK Kİ, MÜHARİBƏ OLMASIN...”- Paşinyan erməniləri başa salmağa çalışır

Tarix: 19-03-2024 13:30 | Bölmə: Region | Baxış: 109



“Biz görürük ki, Bağanisdən Berkaberə qədər olan hissədə Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinə başlamaq üçün real imkan var”.

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan Tavuş vilayətindəki kəndlərin sakinləri ilə görüşündə deyib.

Paşinyan Azərbaycanın qaldırdığı məsələlərdən və Ermənistan hökumətinin buna münasibətindən danışıb.

“Azərbaycan dörd qeyri-anklav kənd ilə bağlı məsələ qaldırır”, - deyən Paşinyan bu məsələnin həlli yollarını axtardıqlarını qeyd edib: 
Azərbaycan belə arqumentdən istifadə edir ki, Ermənistanda heç bir yaşayış məntəqəsinin faktiki ərazisi Azərbaycanın nəzarəti altında deyil, yəni heç bir kəndin yaşayış ərazisi Azərbaycanın nəzarəti altında deyil.

Onlar deyirlər ki, gəlin əvvəl məskunlaşmış yerləri azad edək, sonra kəndlərin həyati əhəmiyyət kəsb edən ərazilərindən danışaq. Biz təbii ki, etiraz edirik və deyirik ki, kənd təkcə kənd soveti deyil, həm də onun həyati əhəmiyyətli ərazisidir.

Bizim siyasətimiz ondan ibarətdir ki, biz müharibəyə imkan verməməliyik. Ona görə də biz qərara gəldik ki, bu ərazidə Ermənistan sərhədini tənzimləməliyik.

Biz bunu təkcə Ermənistan naminə deyil, həm də konkret olaraq Voskepar və Kirants kəndləri üçün, bu kəndlərin təhlükəsizliyini təmin etmək üçün edirik”.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024