«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Ukraynaya kütləvi raket hücumu olub - Zaporojye AES-in elektrik xətləri zədələnib

Tarix: 22-03-2024 12:47 | Bölmə: Region | Baxış: 81



Ötən gecə Rusiya Silahlı Qüvvələri pilotsuz uçuş aparatları ilə Ukrayna ərazisinə kütləvi raket hücumu həyata keçirib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Qeyd olunub ki, ölkənin əksər bölgələrində hava hücumu xəbərdarlığı elan edilib.

Partlayışlarla əlaqədər bəzi şəhərlərdə elektrik enerjisi dayanıb. Təkcə Zaporojye vilayətində 7 ev dağılıb, 35 evə ziyan dəyib. Həmçinin yaralılar var.

Bundan başqa, ölkənin Nijni- Novqorod, Lvov, Sumı Xmelnitski və digər vilayətlərinə də raket hücumu olub.

Xarkovda 15-ə yaxın partlayış səsi eşidilib.

Məlumata görə, raket hücumları həmçinin Zaporojye Atom Elektrik Stansiyasının fəaliyyətinə də təsir edib. Belə ki, elektrik xətti zədələnib.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024