«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Rusiyanın daha iki neftayırma zavodu vuruldu - “Gündə 600 min barrel neft emalı itirilir”

Tarix: 23-03-2024 15:40 | Bölmə: Region | Baxış: 87



Martın 23-nə keçən gecə Rusiyanın beş regionu pilotsuz təyyarələrin hücumuna məruz qalıb. Ölənlər və yaralananlar var.

Rusiya hakimiyyəti zərbələrə görə Ukraynanı ittiham edib.

“Belqorod vilayətində pilotsuz təyyarənin hücumu nəticəsində bir yerli sakin həlak olub, daha iki nəfər yaralanıb”. Bunu vilayət qubernatoru Vyaçeslav Qladkov bildirib. “Səhər Belqorod şəhəri də atəşə tutulub, itkilər olub, evlərə ziyan dəyib”, - o əlavə edib.

Regionun qubernatoru Dmitri Azarov bildirib ki, Samara vilayətində isə “Kuybışev” və “Novokuybışev” neft zavodları pilotsuz təyyarələrlə vurulub. Onun sözlərinə görə, birinci halda ilkin neft emalı kolonnası alovlanıb, ikincisində isə hücum dəf edilib. Ölən və xəsarət alan yoxdur.

Bir müddət əvvəl beynəlxalq neft treyderi “Gunvor Group”un rəhbəri Torbjörn Tornqvist bildirmişdi ki, Rusiya neft emalı zavodlarına pilotsuz təyyarələrin hücumu nəticəsində gündə 600 min barrelə qədər emal olunmuş neft itirilir. Ukrayna hakimiyyəti Rusiya neftayırma zavodlarını qanuni hədəflər hesab edir.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, gecə saatlarında ümumilikdə 12 pilotsuz uçan aparat məhv edilib: Bryansk və Belqorod vilayətləri üzərində beş, Voronej və Saratov vilayətləri üzərində isə bir. Samara bölgəsi siyahıda yoxdur.

Voronej və Bryansk vilayətlərinin qubernatorlarının bildirdiyinə görə, pilotsuz təyyarələrin hücumu nəticəsində onların bölgələrində insan tələfatı və dağıntı olmayıb.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024