«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
"Rusiya Kupyanska hücumları dayandırıb, başqa istiqamətlərdə təzyiq edir" - Ukrayna Baş Qərargahı

Tarix: 24-03-2024 17:15 | Bölmə: Region | Baxış: 123



"Rusiyanın işğalçı qoşunları 2024-cü ilin yayında iri hücum planlaşdıra bilər..."
 
"Rusiyanın Ukrayna cəbhəsinin bəzi istiqamətlərində hücum potensialı tükənib..."
 
Rusiyalılar aviasiyanın köməyilə cəbhənin həlledici sahələrində irəliləməyə cəhd göstərib
 
Son sutka ərzində 75 döyüş toqquşması baş verib. İşğalçılar bir istiqamətdə hücumlarını qəflətən dayandırıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat verib.

Məlumatı "from-ua.org" nəşri yayıb.
 
Məlumatda deyilir ki, Seversk və Slobojansk istiqamətlərində düşmən sərhəd rayonlarında hərbi mövcudluğunu saxlayır, Ukrayna qoşunlarının qorxulu istiqamətlərə yönəlməsinin qarşısının alınması üçün diversiya fəaliyyəti həyata keçirir, dövlət sərhəddi boyunca mina-partlayış maneələrinin sıxlığını artırır.
 
Kupyansk istiqamətində düşmən hücum əməliyyatları aparmayıb.
 
Liman istiqamətdə Müdafiə Qüvvələri Luqansk vilayətinin Beloqorovka və Donetsk vilayətinin Ternı, Yampolovka, Rozdolovka, Vesyoloye, Spornoye yaşayış məntəqələri rayonunda düşmənin 8 hücumunun qarşısını alıb.

Orada düşmən aviasiyanın köməyilə Ukrayna qoşunlarının müdafiəsini yarmağa cəhd edib.
 
Baxmut istiqamətində döyüşçülər Donetsk vilayətinin Kleşşyovka, Boqdanovka, İvanovskoye yaşayış məntəqələri rayonunda düşmənin 15 hücumunun qarşısını alıb.
 
Avdeyevka istiqamətində müdafiəçilər Donetsk vilayətinin Berdiçi, Tonenkoye, Pervomaysk, Yasnobrodovka və Nevelsk yaşayış məntəqələri rayonunda düşmənin 13 hücumunun qarşısını alıb.
 
Novopavlovsk istiqamətində Müdafiə Qüvvələi Krasnoqovorka, Georgiyevka, Novomixaylovka, Pobeda, Konstantinovka və Urojaynoye yaşayış məntəqələri rayonunda aviasiyanın kömətilə 34 dəfə Ukrayna qoşunlarının müdafiəsini yarmağa cəhd edən düşmənə müqavimət göstərməkdə davam edir.
 
Orexovo istiqamətində düşmən 4 dəfə aviasiyanın köməyilə Ukrayna müdafiəçilərinin Zaporojye vilayətinin Rabotino yaşayış rayonu məntəqəsində mövqelərinə hücum edib.
 
Xerson istiqamətində düşmən bölmələrimizi Dneprin sol sahilinə sıxışdırmaq niyyətindən əl çəkmir və son sutka ərzində 2 dəfə qoşunlarımızın Xerson vilayətinin Krınkı yaşayış məntəqəsi rayonunda mövqelərinə uğursuz hücum edib.
 
Ukraynada müharibə-son xəbərlər
 
Ekspertlərin sözlərinə görə, Rusiya işğalçı qoşunları 2024-cü ilin yayında iri hücum planlaşdıra bilər. Düşmən 100 min işğalçıdan ibarət bu qruplaşmanı toplayır, lakin bu qədər sayla düşmənin öz planlarına nail olmasına kömək etməyəcək.
 
Eyni zamanda amerikalı analitiklər işğalçıların Xarkovun ələ keçirilməsi üçün potensial hücuma hazırlığı əlamətlərini görmür.
 
Rusiyanın Ukrayna cəbhəsinin bəzi sahələrində hücum potensialı tükənib. Məsələn, bunlar Avdeyevka və Baxmut istiqamətlərində özünü büruzə verir və Ukrayna Silahlı Qüvvələri müdafiə istehkamları inşa edir.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024