«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Rusiyanın “Yamal” və “Azov” desant gəmiləri vurulub - UNIAN

Tarix: 24-03-2024 21:40 | Bölmə: Region | Baxış: 134



Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Qara Dəniz Donanmasının tərkibindəki “Yamal” və “Azov” iri desant gəmilərini vurub.

UNIAN xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinə bağlı “StratCom” portalı məlumat yayıb.

“Ukrayna Müdafiə Qüvvələri müvəqqəti işğal olunmuş Sevastopolda “Yamal” və “Azov” iri desant gəmilərini, rabitə mərkəzini, həmçinin Rusiya Qara Dəniz Donanmasının bir sıra infrastruktur obyektlərini uğurla vurub”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, “Yamal” Layihə 775-in böyük desant gəmisidir. O, 1988-ci ildə istismara verilib. 

Bu layihənin gəmiləri Rusiya amfibiya donanmasının əsasını təşkil edir və sahilə amfibiya enişi, həmçinin dəniz yolu ilə qoşunların və yüklərin daşınması üçün nəzərdə tutulub.

KİV-də dərc olunan məlumatlara görə, 2014-cü ildə Krımın işğalı zamanı “Yamal”dan da istifadə olunub.

“Azov” isə Layihə 775M-in böyük desant gəmisidir və 1990-cı ildə donanmaya daxil olub. “Azov” Rusiya Qara Dəniz Donanmasının 197-ci desant gəmiləri briqadasının tərkibindədir.


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024