«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
“AZƏRBAYCAN İRƏVANA QƏDƏR GƏLƏ BİLƏR...”- Paşinyan qapalı görüşdə nə deyib?

Tarix: 26-03-2024 13:20 | Bölmə: Region | Baxış: 173



Ermənistan Baş naziri Nikol Paşinyan “Mülki müqavilə” fraksiyasının deputatları və hökumət üzvləri ilə qapalı iclasda “Tavuş vilayəti”ndəki dörd yaşayış məntəqəsinin Azərbaycana qaytarılmasının zəruriliyini bəyan edib. 

Paşinyan deyib ki, əks halda Azərbaycan öz məqsədlərinə hərbi yolla nail ola bilər.

Bunu Ermənistanın “Hraparak” qəzeti özünün hakimiyyətdəki mənbələrinə istinadla yazıb.

Xəbərdə qeyd olunur ki, qapalı iclasda hökumətin demək olar, bütün üzvləri, eləcə də Silahlı Qüvvələrin Baş Qərargah rəisi Edvard Asryan iştirak edib: “Görüş iki saata yaxın davam edib və gərgin atmosferdə keçib.

Hakim partiyanın bəzi deputatları Paşinyanın siyasəti ilə razılaşmadıqlarını bildiriblər, onu nəhayət, Ermənistanın “qırmızı xətlərini” müəyyənləşdirməyə və hansı məsələlərdə Azərbaycanın tələblərindən imtina edə biləcəklərini deməyə çağırıblar.

Nikol Paşinyan isə cavabında açıq etiraf edib ki, birtərəfli güzəşt olacaq və bu, qısa müddət ərzində baş verəcək.

O, eyham vurub ki, yaxın günlərdə bu ərazilərdən üçüncü ordu korpusu çıxarıla və Azərbaycanın olan 4 yaşayış məntəqəsi öz sahiblərinə qaytarıla bilər. Əks halda, Azərbaycan öz məqsədlərinə hərbi yolla nail ola bilər”.

Qəzet iddia edir ki, iclasda Paçinyanın bəzi silahdaşları həmin kəndlərin dinc yolla deyil, müharibə yolu ilə verilməsinin daha məqbul olduğunu deyiblər. 

Çünki əhali kəndlərin qeyd-şərtsiz qaytarılmasına etiraz edəcək: “Lakin Paşinyan bildirib ki, o, bunu istəmir, çünki Azərbaycanın nəinki özünün hesab etdiyi əraziləri ələ keçirəcəyinə, hətta Loriyə, İrəvana qədər gəlməyəcəyinə heç bir zəmanət yoxdur”.

Nəşr yazır ki, deputatlar vəziyyətin həlli üçün bu variantı da təklif ediblər: “Kəndlər Azərbaycana qaytarılır, eyni zamanda Bakı “Berkaber bölgəsindəki ərazilərimizi bizə verir”.

Paşinyan etiraf edib ki, onlar Azərbaycana məsələnin bu şəkildə həllini təklif ediblər, lakin müsbət cavab alacaqlarına ümid etmirlər”.

Qəzet onu da qeyd edir ki, Paşinyan partiya yoldaşlarına öz müsahibələrində “vermək” sözünü işlətməməyi, “qaytarmaq” deməyi təklif edib: “Çünki “hakimiyyət heç nə vermir, ancaq qaytarır...”.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024