«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
"Rusiya Federasiyasında terror təhlükəsi qalmaqdadır"- FTX direktoru

Tarix: 26-03-2024 16:45 | Bölmə: Region | Baxış: 178



"Crocus"da terror aktını islamçı radikallar hazırlayıb, bütün bunlara isə Ukrayna xüsusi xidmət orqanları yardım edib.

Bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov bildirib.

Onun sözlərinə görə, “Crocus”da terror aktını sifariş edən şəxs hələ müəyyən edilməyib.

FTX direktoru qeyd edib ki, Rusiya Federasiyasında terror təhlükəsi qalmaqdadır: "Biz əvvəllər Kiyevin Moskva vilayətində törədilən terror aktında əli olması barədə məlumat almışdıq.

Biz hesab edirik ki, Ukrayna Təhlükəsizlik Xidməti terror təşkilatı kimi tanınmalıdır. Terror aktının hazırlanması ilə bağlı Vaşinqton tərəfindən ötürülən məlumatlar ümumi xarakter daşıyırdı və Rusiya xüsusi xidmət orqanları buna cavab verib".

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024