«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Belarus ordusunun təcavüzünün iki mümkün istiqaməti...- General açıqladı

Tarix: 29-06-2022 12:10 | Bölmə: Region | Baxış: 174


Rusiya həm Belarus ərazisindən həm özü Ukraynaya təcavüz üçün istifadə edə, həm də bu ölkənin ordusundan yararlana bilər. Bu barədə general Sergey Krivonos danışıb («RBK-Ukrayna»).

Onun sözlərinə görə, işğalçı ölkə hazırda aktiv şəkildə Lukaşenko rejimini «hazırlayır», həm də Belarus ordusuna nəzarət edir.
General istisna etmir ki, Lukaşenkonun ordusu müstəqil halda iki istiqamətdən hücuma başlaya bilər.

“Mən, hesab edirəm ki, bilavasitə Volın və Rovensk istiqamətlərindən bunu edə bilərlər. Ancaq məsələ ondadır ki, Belarus Silahlı Qüvvələrinin kifayət qədər böyük hissəsi bu təcavüzə qatılmaqda o qədər də maraqlı deyil” - deyə, general bildirib.

Generalın sözlərinə görə, Ukraynaya təcavüzə başlayacaqları halda bir çox Belarus hərbçisi özü təslim olacaq.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024