«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
“Liman şəhərini tərk etmək Putinin qərarıdır...”- Rusiya Xersona nəzarəti əlində saxlamağa çalışır

Tarix: 03-10-2022 17:55 | Bölmə: Region | Baxış: 182



"Ukraynanın şərqindəki Liman şəhərindən Rusiya qüvvələrinin geri çəkilməsi göstərir ki, hazırda Moskva bu bölgədənsə, ölkənin cənubundakı ərazilərin müdafiəsinə üstünlük verir".
Bu barədə ABŞ-dakı Müharibənin Öyrənilməsi İnstitutu (ISW) yazır.

ISW ekspertlərinə görə, Liman ətrafındakı cəbhə xəttinin zəifləməsi demək olar ki, hərbi komandanlığın deyil, Putinin qərarıdır: "Bu onu deməyə əsas verir ki, Putin Luqansk vilayətindən daha çox Xerson və Zaporojye vilayətlərinin saxlanmasına əhəmiyyət verir".

Şənbə günü Ukrayna qüvvələri ölkənin şərqindəki strateji əhəmiyyətli Liman şəhərini alıblar. Bu, Luqansk və Donetsk bölgələrinə doğru irəliləmək üçün yeni imkanlar açır. Rusiya Müdafiə Nazirliyi bildirib ki, minlərlə əsgərin mühasirəyə düşməsi təhlükəsindən yayınmaq üçün Limandakı qüvvələr daha sərfəli mövqelərə çəkilib.

Britaniya hərbi kəşfiyyatı bildirir ki, əməliyyat baxımından Liman vacibdir, çünki ona nəzarət Severski Donets çayı üzərindəki əsas keçidə nəzarət deməkdir ki, Rusiya onun qarşı tərəfində müdafiə xəttini gücləndirməyə çalışır.

"Rusiyanın Limandan çıxması həm də əhəmiyyətli siyasi uğursuzluqdur, çünki o, Rusiyanın guya "azad etmək" istədiyi və qeyri-qanuni ilhaq etməyə cəhd etdiyi Donetsk vilayətində yerləşir".

Press-fakt.com

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024