UKRAYNAYA QARŞI KÜTLƏVİ RAKET VƏ PUA HÜCUMU - Rusiya 18 strateji bombardmançısını havaya qaldırdı
Dekabrın 29-na keçən gecə Ukrayna hərbçiləri Rusiyanın Murmansk vilayətindəki Olenya aerodromundan 9 ədəd “Tu-95MS” təyyarəsinin havaya qalxdığını qeydə alıb.
Ukrayna Hərbi Hava Qüvvələrinin gecə yaydığı məlumata görə, heç də tez-tez istifadə olunmayan bu strateji bombardmançılardan Ukraynaya qarşı kütləvi raket hücumunda istifadə olunacağı gözlənilir.
Bir müddət sonra Kiyev də daxil olmaqla, Ukraynanın ayrı-ayrı bölgələrinə raket və PUA hücumunun başlandığı məlum olub. Artıq bu, son aylar ərzində müşahidə olunan ən kütləvi raket və PUA hücumu kimi xarakterizə olunur.
İlk olaraq Rusiyanın səhər tezdən Sumı vilayətinin Konotop şəhərinə raket zərbələri endirdiyi barədə xəbər yayılıb. Nəticədə yaşayış binasına və texniki xidmət stansiyasına ziyan dəyib, üç nəfər yaralanıb.Daha sonra Kiyev şəhərində, Kiyev vilayətində, Zaporojye və Dneprdə partlayışlar baş verib.
Odessa, Xarkov və Lvovda da partlayış səsləri eşidilib.Kiyevdə və digər şəhərlərdə HHM sistemləri işə düşüb. Paytaxtda raketlərin hissələrinin bir neçə əraziyə düşməsi qeydə alınıb, ilkin məlumata görə, çoxmərtəbəli yaşayış binasında yanğın baş verib, xəsarət alanlar var.
Partlayış nəticəsində paytaxtın “Lukyanovskaya” metrostansiyasının binasına ziyan dəyib, qatarlar stansiyadan dayanmadan keçir. Kiyev meri Vitali Kliçko bildirib ki, insanlar metrodan sığınacaq kimi istifadə edirlər: "Lukyanovskaya metrostansiyasının binası partlayış nəticəsində zədələnib. Stansiya sığınacaq kimi işləyir. Qatarlar stansiyadan dayanmadan keçəcək".
Eyni vəziyyət Lvovda da müşahidə olunur. Ukrayna KİV-i yazır ki, Rusiya işğalçıları Lvovda yaşayış binasına zərbə endiriblər. Raket qalıqlarının düşməsi səbəbindən şəhərdəki liseylərin birində yanğın baş verib, insanlar xəsarət alıb.
Son məlumata görə isə Xarkov şəhərinə 10-a yaxın zərbə endirib, bir nəfər ölüb, 8 nəfər yaralanıb. Xarkov hərbi administrasiyasının məlumatına görə, şəhərə atılan raketlərin növü ekspertlər tərəfindən müəyyən edilir. İlkin məlumatlara görə, Xarkov iki növ raketlə - S-300 və X-22 ilə vurulub.
Son olaraq Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü, polkovnik Yuri İqnat yaranan vəziyyətlə bağlı məlumat yayıb: "Düşmən müxtəlif hava hücumu vasitələri ilə kütləvi zərbə endirib. “Kinjal”, ballistik raketlər, S-300 və digərlərini gördük. “Şahed”lərdən də istifadə olunub. Düşmən X-22/32, X-101, X-555 raketlərindən də istifadə edib, 18-ə yaxın Tu-95 strateji bombardmançı təyyarəsindən istifadə olunub. Biz görürük ki, düşmən bu gün güclü zərbə endirdi, regionlar üzrə raketlərin vurulduğunu gördük, amma təəssüf ki, itkilər də var. Bu barədə daha sonra məlumat veriləcək”.
Ümumilikdə Ukrayna üzrə partlayış və tələfatlarla bağlı məlumatlar daxil olmaqda davam edir. Belə görünür ki, Kreml son bir neçə gündə Ukraynanın 5 Rusiya təyyarəsini və bir böyük desant gəmisini vurmasına cavab verməyə çalışır.
Press-fakt.com
Digər xəbərlər
Tarix: 29-12-2023 12:55 | Bölmə: Region | Baxış: 72

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024