«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
"Qazaxıstan 2022-ci il iğtişaşları zamanı Rusiyaya deyil, KTMT-yə müraciət etmişdi" - Tokayev

Tarix: 03-01-2024 12:10 | Bölmə: Rezonans | Baxış: 79

Qazaxıstanda 2022-ci ildəki iğtişaşlar zamanı Rusiyaya deyil, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət olunub.

APA xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yerli “"Egemen Qazaqstan" nəşrinə müsahibəsində bildirib.
Tokayev Qazaxıstanda baş verən iğtişaşlar zamanı (red. - 2022-ci ilin yanvar hadisələri nəzərdə tutulur) Rusiya hərbçilərinin ölkəyə dəvət edilməsi ilə bağlı sualı cavablandıraraq qeyd edib ki, ölkənin müxtəlif regionlarında xaos və anarxiya şəraitində, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün zəruri olan dövrdə, Qazaxıstan Təhlükəsizlik Şurasının iclasında ölkəsinə sülhməramlı kontingentin daxil edilməsi üçün KTMT-yə müraciət etmək qərara alınıb.

Qazaxıstan rəhbəri onu da bildirib ki, KTMT-yə üzvü olan ölkələrlə razılığa əsasən, Təşkilatın kontingenti heç bir ilkin şərt qoyulmadan və vaxtından əvvəl ölkəni tərk edib.

“KTMT-nin sülhməramlı kontingenti antiterror əməliyyatında iştirak etməyib və bir dəfə də olsun atəş açmayıb. Erməni kontingenti şəhərin su kanalı və Aksay çörək zavodunu, Belarus kontingenti Jetigen hərbi aerodromunu, taciklər və qırğızıstanlılar müvafiq olaraq Almatı şəhərinin İES-1 və İES-2-ni, Rusiya hərbçiləri İES-3-ü və telekommunikasiya obyektlərini mühafizə edib. 
Ölkənin həyatı üçün vacib obyektlərə terror hücumları təhlükəsi var idi, ona görə də kontingent ora göndərildi. Ən əsası odur ki, bu, terrorla mübarizə əməliyyatları keçirmək üçün bizim hərbi qüvvələrimizin işini asanlaşdırdı”, - Tokayev əlavə edib.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024