"İsrail törətdiyi cinayətə görə cəzalandırılacaq": Nəsrullah yəhudiləri "qaydasız savaşla" təhdid etdi
"İsrail Livanla savaşı düşünübsə, peşiman olacaq, çünki bizimlə döyüş ona baha başa gələcək..."
"Beynəlxalq birlik, beynəlxalq hüquq kimsəni müdafiə ermək iqtidarında deyil, sən güclü olanda sənə hörmət edilir..."
"Sizin burada gələcəyiniz yoxdur, Fələstinin çaydan dənizədək olan torpağı Fələstin xalqına və yalnız ona məxsusdur..."
Livan telekanalları "Hizbullah"ın baş katibi şeyx Həsən Nəsrullahın dünyaya və tərəfdarlarına əvvəlcədən yazılmış ənənəvi müraciətini göstərib.
Bu barədə "bbc.com" nəşri məlumat yayıb.
Özünün təxminın iki saatlıq nitqini şeyx İran İnqilabı Keşikçiləri Korpusunun (İİKK) "Qüds" bölməsinin komandanı Qasım Süleymaninin həlak olmasının dördüncü ildönümünə həsr edib.
Telemüraciətə səbəb isə HƏMAS liderlərindən olan Saleh əl-Ərurinin aradan götürülməsi olub.
Nəsrullahın fikrincə, İsrail "Qəzza bölgəsində hərbi təcavüzünün iflası aydınlaşandan sonra siyasi qətllərə əl atıb".
"Biz Livanın suverenliyinə qəsdə görə ədalətli qisasdan yan keçməyəcəyik, - o, qeyd edib. - İsrail törətdiyi cinayətə və Fələstin komandirlərini həlak etdiyinə görə cəzalandırılacaq".
Şeyx növbəti dəfə İsrailə meydan oxuyaraq bəyan edib ki, onun arxasında duran Livanın terrorçu qruplaşması döyüş əməliyyatlarından çəkinmir.
O, vurğulayıb ki, "Hizbullah"-ın silahlı birləşmələri indiyədək İsrail qoşunlarının mövqelərinə Livanın cənubundan atəşlər zamanı "sərhəd münaqişəsi zamanı döyüş əməliyyatlarının aparılmasının şərti qaydalarına" əməl edib.
"Əgər düşmən İsrail Livanla müharibə aparmağı düşünübsə, bizim hərəkətlərimizdə heç bir məhdudiyyət və qaydalar olmayacaq, - o, təhdid edib. - İsrail bu qərara görə peşiman olacaq, çünki bizimlə döyüş ona baha başa gələcək".
Daha sonra Nəsrullah yəhudi dövlətini beynəlxalq birliyin qərarlarını icra etməməkdə ittiham edib və bəyan edib ki, İsrailin çəkindirici qüvvəsi sarsılıb.
"İsrail özünün çəkindirici qüvvəsini itirib, - "Hizbullah" rəhbəri qeyd edib. - Onunla Yəməndə, İraqda və ya Livanda daha hesablaşan yoxdur".
Qəzzada müharibənin baçlıca nəticələrindən biri olaraq Nəsrullah İsrail cəmiyyətindəki parçalanmanı qeyd edib.
Şeyxin sözlərinə görə, İsrail xalqı arasında daha əvvəlkitək sıx birlik yoxdur, ona görə də İsrail "uzun müddət tab gətirə bilməyəcək". Ona görə də, onun sözlərinə görə, israillilər "hava limanına qaçaraq" ölkəni təcili olaraq tərk edir.
Nəsrullah İsrail müdafiə naziri Yoav Qalanta müraciət edərək bəyan edib ki, İsrail "müharibənin məqsədlərinə nail ola bilməyəcək".
"Müharinə bitəndə, İsrail cəmiyyətindəki opponentlər bıçaq çəkəcək və İsrail parçalanacaq", - Nəsrullah proqnoz verib.
"Qəzzada baş verənlər sübut edib ki, beynəlxalq təsisatlar, beynəlxalq birlik və beynəlxalq hüquq kimsəni müdafiə etmək iqtidarında deyil", - Nəsrullah qeyd edib.
"Hər bir müqavimət hərəkatı müstəqildir və öz iradəsi ilə hərəkət edə bilər. Sən güclü olanda, sənə hörmət edilir", - o, deyib.
Nəsrullah israillilərə müraciətlə xarici pasport sahiblərinə onlardan istifadə edərək qaçmağı təklif edib.
"Əgər təhlükəsiz şəraitdə olmaq istəyirsinizsə və Amerika pasportunuz varsa, Birləşmiş Ştatlara qayıdın. Britaniya pasportunuz varsa, Böyük Britaniyaya qayıdın. Burada sizin gələcəyiniz yoxdur, Fələstinin çaydan dənizədək torpağı Fələstin xalqına və yalnız ona məxsusdur", - şeyx Nəsrullah əmin edib.
İsraildə və dünyada Nəsrullahın televiziya ilə müraciətini həyəcanla gözləyib və terrorçuların liderinin İsrailə qarşı hərbi əməliyyatlara başlamasını elan edəcəyini istisna etməyib.
Lakin buna bənzər heç nə baş verməyib, "Hizbullah" lideri yəhudi dövlətinin ünvanına ənənəvi təhdidlər səsləndirməklə kifayətlənib, lakin onun bütün çoşqusu yenə də son bir neçə illər ərzində məcburən gizləndiyi yeraltı bunkerdə qalıb.
Bundan öncə məlumat verilib ki, Livanın "Hizbullah" terrorçu qruplaşmasındakı yüksək vəzifəli mənbələr Londonun ərəbdilli "əl-Ərəbi əl-Cədid" qəzetinin jurnalistlərinə anladıb ki, İsraillə döyüşmək niyyətində deyil.
"Hizbullah"dakı mənbə pafosla deyib ki, "düşmən bizi iştirak etmək istəmədiyimiz müharibəyə cəlb edir, amma öz məqsədlərinə nail ola bilməyəcək".
Digər xəbərlər
Tarix: 04-01-2024 22:00 | Bölmə: Rezonans | Baxış: 79

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024