«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
“Trampın şirkətləri prezident olduğu dövrdə xaricdən 8 milyon dollar alıb”- KİV

Tarix: 05-01-2024 21:12 | Bölmə: Rezonans | Baxış: 57



Donald Tramp ölkəyə rəhbərlik etdiyi dövrdə sahib olduğu biznes strukturları vasitəsilə xarici hökumətlərdən ən azı 7,8 milyon dollar alıb və bu, xarici mənbələrdən pul almağa dair konstitusiya qadağasını poza bilər..

“The Hill” nəşri xəbər verir ki, bu barədə məlumat ABŞ Nümayəndələr Palatasının Nəzarət və Hesabat Komitəsində demokratların dərc etdiyi hesabatda yer alıb.

Hesabata görə, bu pulun əsas hissəsi (təxminən 5,5 milyon dolları) Çindən Trampla əlaqəli şirkətlərin hesablarına daxil olub. Trampın prezidentliyi dövründə Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ, Hindistan və digərləri də daxil olmaqla 20 ölkədən ona bağlı olan biznes qurumlarının hesablarına ümumilikdə 7,8 milyon dollar yatırılıb.

“Prezident Tramp Konstitusiyanın tələb etməsinə baxmayaraq, bu vəsaitləri saxlamaq üçün Konqresdən icazə istəməyib və ya almayıb”, - deyə hesabat müəllifləri bildirib. 
Onların fikrincə, respublikaçılar bu ödənişlər haqqında məlumatları gizlədib və Konqresin bu məlumatı almasına mane olmağa çalışıblar. Hesabatda bu vəsaitlərin Trampın özünü və ailə üzvlərini zənginləşdirmək üçün istifadə edildiyi iddia edilir.

Məlumata görə, demokratların bu hesabatı ABŞ-ın hazırkı prezidenti Co Baydenə qarşı davam edən impiçment araşdırması fonunda dərc edilib.
Respublikaçılar hesabatı tənqid ediblər, çünki onlar hesab edirlər ki, bu, prezident Co Baydenə qarşı impiçment araşdırmasından yayındırmaq məqsədi daşıyır.

Respublikaçıların fikrincə, Bayden ABŞ-ın vitse-prezidenti olarkən, o, qohumlarının - ilk növbədə oğlu Hunterin vasitəçiliyi ilə xarici hökumətlərdən pul alıb.

Press-fakt.com

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024