«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
“Britaniyanın bu addımı Rusiyaya müharibə elanı deməkdir”- Medvedev

Tarix: 12-01-2024 17:50 | Bölmə: Rezonans | Baxış: 72



Britaniya hərbi kontingentinin Ukraynaya yerləşdirilməsi Rusiyaya müharibə elanı demək olacaq.

Press-fakt.com TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev bildirib.
O, Britaniyanın Baş naziri Rişi Sunakın tarixi təhlükəsizlik sazişi imzalamaq üçün Kiyevə gəlməsini belə şərh edib.

“Ümid edirəm ki, bizim əbədi düşmənlərimiz, təkəbbürlü britaniyalılar başa düşürlər ki, özlərinin rəsmi hərbi kontingentinin Ukraynada yerləşdirilməsi ölkəmizə müharibə elan etmək demək olacaq”, - Medvedev bildirib.

“Qərb ictimaiyyəti bizim Belqorodun mülki əhalisinin başına gəldiyi kimi, Kiyevin mərkəzində Britaniya nümayəndə heyətinin kasetli sursatlardan atəşə tutulmasına necə reaksiya verərdi?” - Rusiya Təhlükəsizlik Şurasının sədr müavini də sual verib.

Qeyd edək ki, 2023-cü il dekabrın 30-da Ukrayna Silahlı Qüvvələri iki kasetli raketdən və Çexiya istehsalı olan çoxsaylı reaktiv yaylım atəş sistemi mərmilərindən istifadə edərək Belqorodun mərkəzini atəşə tutub. 
5-i uşaq olmaqla 25 nəfər həlak olub, 100-dən çox insan yaralanıb, onlarla yaşayış binası və mülki obyektə ziyan dəyib. 

31 dekabr 2023-cü ildə Rusiya Müdafiə Nazirliyi Ukraynadakı, o cümlədən Xarkovdakı hərbi obyektlərə cavab zərbəsi endirdiyini, nəticədə, Ukrayna tərəfinin xeyli itki verdiyini açıqlayıb.

Press-fakt.com

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024