«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
“Ermənistanda sinaqoqun yandırılması antisemitizmlə bağlı yeganə əlamət deyil”- “Jewish Journal”

Tarix: 13-01-2024 17:30 | Bölmə: Rezonans | Baxış: 94



"Ermənistanın Azadlığı Uğrunda Gizli Erməni Ordusu" (ASALA) terror təşkilatının məsuliyyəti üzərinə götürdüyü Ermənistanda sonuncu sinaqoqun yandırılması erməni cəmiyyətində antisemitizmin ilk hadisəsi deyil, sonuncu da olmayacaq.

Report xəbər verir ki, bu barədə "Jewish Journal"da dərc olunan "Ermənistanda sonuncu sinaqoq niyə yandırılıb?" adlı məqalədə deyilir.

Müəllifin sözlərinə görə, hazırda Ermənistan açıq antisemitizm nümayiş etdirir: "Ölkədəki çoxsaylı nasist abidələri də buna sübutdur".

O qeyd edib ki, bu il yanvarın 1-də paytaxt İrəvanda neonasistlərin ənənəvi “ziq hayl” salamı ilə “Ermənistan ancaq ermənilər üçün” şüarları səsləndirdiyi yürüş faktı çox şeydən xəbər verir: “Bu, milli dözümsüzlüyün, faşist milli müstəsnalıq ideyalarına bağlılığın nümayişidir”.

Bununla belə, müəllif hesab edir ki, təəccüblü heç nə yoxdur: “Antidiffamasiya Liqası 2014-cü ildə Ermənistanı Avropada ikinci antisemit ölkə kimi qiymətləndirib.

Bundan əlavə, “Pew” Araşdırma Mərkəzinin sorğusuna görə, ermənilərin 32 faizi yəhudiləri həmvətən kimi qəbul etmir ki, bu da Mərkəzi və Şərqi Avropa ölkələri arasında ən yüksək göstəricidir”.

"Bu Holokost zamanı da olub. Üçüncü Reyxə xidmət edən ermənilər, yəhudi əsirlərini ölüm yürüşlərinə çıxarırdılar.

Ermənistan və ABŞ təşkilatları isə açıq şəkildə Hitleri “bəşəriyyətə hədiyyə” kimi tərifləyir, Holokostu Almaniyanı “zəhərli elementlərdən” təmizləmək üçün “cərrahi əməliyyat” kimi qələmə verirdilər", - müəllif qeyd edib.

Onun fikrincə, hazırda erməni cəmiyyətində və bütün dünya diasporunda antisemitizmin artması da İsrail-Azərbaycan əlaqələrinin yaxın və mehriban olmasına reaksiya kimi qiymətləndirilməlidir. Müəllif vurğulayıb ki, oxşar xüsusiyyət hər iki xalqın tarixində də müşahidə oluna bilər:

“Yəhudilər, eləcə də, azərbaycanlılar xüsusi amansız qırğınlara məruz qalıblar, lakin İsraillə Azərbaycan arasındakı dostluq başqalarına, o cümlədən Ermənistana qarşı yönəlməyib”.

“Ermənistanın Azərbaycanın Qarabağ regionunu işğal etməsinin ən dəhşətli hadisəsi Xocalı soyqırımı idi. İsrailin keçmiş prezidenti Reuven Rivlin Holokostun Anım Günü ilə bağlı BMT-yə etdiyi müraciətdə bunu şiddət və qəddar qeyri-insani hərəkət kimi təsvir etmişdi”, - məqalədə qeyd edilib.

Qeyd edək ki, ötən il noyabrın 15-də Ermənistanda yeganə sinaqoq yandırılıb.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024