«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
“Pakistan İrana cavab vermək hüququnu özündə saxlayır”- Pakistan XİN

Tarix: 17-01-2024 21:10 | Bölmə: Rezonans | Baxış: 85



Pakistan hakimiyyəti İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Pakistanın Bəlucistan əyalətindəki hədəflərə endirdiyi raket zərbələri ilə əlaqədar öz səfiri Məhəmməd Mudasir Tipu Tehrandan geri çağırmaq qərarına gəlib.

Bunu Pakistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mümtaz Zəhra Bəluç deyib.

“Dünən gecə İranın Pakistanın suverenliyini əsassız və kobud şəkildə pozması beynəlxalq hüquq və BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə ziddir. Bu qeyri-qanuni hərəkət tamamilə qəbuledilməzdir və heç bir əsası yoxdur. Pakistan cavab vermək hüququnu özündə saxlayır. 

Bu, qanunsuz bir hərəkətdir. Nəticələrə görə məsuliyyət yalnız İranın üzərinə düşəcək”, - Bəluç bildirib.

O deyib ki, İran hökumətinə müvafiq etiraz notası göndərilib.

“Biz onlara məlumat verdik ki, Pakistan öz səfirini İrandan geri çağırmaq qərarına gəlib və hazırda İranda olan İran İslam Respublikasının Pakistandakı səfiri Rza Əmiri Müqəddəm hələlik İslamabada qayıtmaya bilər”, - Pakistan XİN-in nümayəndəsi deyib.

O bildirib ki, İslamabad həmçinin Pakistan və İran arasında davam edən və yaxın gələcəkdə baş tutması planlaşdırılan bütün yüksək səviyyəli səfərləri dayandırmaq qərarına gəlib.

Məsələ ilə bağlı İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və pakistanlı həmkarı Cəlil Abbas Cilani telefonla danışıblar.

İran Xarici İşlər Nazirliyinin yaydığı məlumata əsasən, Abdullahiyan “Ceyş əl-Zolm” kimi tanınan hərəkatın hər iki ölkənin təhlükəsizliyinə qarşı fəaliyyət göstərən terror qruplaşması olduğunu deyib:

“İranın təhlükəsizliyi Pakistandan olan bu iranlı terror qruplaşması tərəfindən dəfələrlə təhdid edilib və bu qrup dəfələrlə İranda törədilən terror aktlarının məsuliyyətini öz üzərinə götürüb. 

İran silahlı qüvvələrinin dünənki antiterror əməliyyatı bu terror qruplaşmasına qarşı olub və bu əməliyyatda heç bir Pakistan vətəndaşı hücuma məruz qalmayıb”.

C.A. Cilani isə qeyd edib ki, İranın təhlükəsizliyi həm də Pakistanın təhlükəsizliyidir və nə vaxt Pakistanda İrana qarşı təhlükə yaranarsa, Pakistan hökuməti ona qarşı hərəkətə keçib:
“İran Pakistana Pakistandakı terror qrupları haqqında məlumat verməlidir".

Qeyd edək ki, daha əvvəl Tasnim agentliyi SEPAH qüvvələrinin Pakistanda yerləşən “Ceyş əl-Zolm” terror qruplaşmasının iki qərargahına zərbələr endirməsi barədə məlumat yaymışdı. 

Əməliyyatda pilotsuz təyyarələr və raketlərdən istifadə edildiyi qeyd edilmişdi.
İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan pakistanlı həmkarı Cəlil Abbas Cilani ilə telefonla danışıb.


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024