«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Səlim Müslümova şərti cəza verildi - 8 milyonluq əmlakı da müsadirə ediləcək

Tarix: 17-01-2024 21:20 | Bölmə: Rezonans / Kriminal | Baxış: 87



Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Press-fakt.com APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror Səlim Müslümovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Prokuror onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsin tətbiqi olunmasını, 5 il sınaq müddəti olmaqla 13 il cəzanın şərti hesab edilməsini istəyib.

Qeyd edək ki, Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Daha sonra onun səhhətində yaranan problemlərlə bağlı ev dustaqlığına buraxılıb.

O, rüşvət alma yolu ilə 13.296.355 manat, mənimsəmə yolu ilə 7.237.188 manat, israf edilmiş yolla 7.087.671 manat ziyan vurduğu üzə çıxıb. 

Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Səbail rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən sabiq nazirə məxsus mənzil, qeyri yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub.

***

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Hökmə əsasən, Səlim Müslümov barəsində ittiham oldunduğu maddələrlə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub. 

Lakin məhkəmə onun dövlətə vurduğu ziyanın əksər hissəsini ödədiyini nəzərə alaraq, cəzanın 5 ilini sınaq müddəti olmaqla şərti hesab edib.

Bundan başqa, hökmə əsasən, sabiq nazirin 8 milyonluq əmlakı da müsadirə ediləcək.

Sabiq nazir barəsində ev dustaqlığı qətimkan tədbiri isə başqa yerə getməmək qətimkan tədbiri ilə əvəzlənib.


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024