«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Avropa Şurası öz yolunu tamamilə itirib - Britaniyadan REAKSİYA

Tarix: 24-01-2024 20:30 | Bölmə: Rezonans | Baxış: 76

Avropa Şurası öz yolunu tamamilə itirib - Britaniyadan REAKSİYA


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqlənməyib.

Almaniyalı deputat Frank Şvabenin Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ilə bağlı təklifi dəstəklənib.
 
İclaslarda Azərbaycan nümayəndə heyəti iştirak etsə də, onların səsvermə hüququ məhdudlaşdırılıb. 
 
Təşkilat iddia edir ki, Azərbaycan Qarabağdan erməni sakinləri zorla çıxarıb. Amma bununla bağlı tam fakt qeyd edilməyib. AŞPA-nı narazı salan digər bir məsələ ondan ibarətdir ki, o, Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə dəvət almayıb. 
 


Britaniyalı ictimai xadim Patrik Uolş bildirib ki, AŞPA-nın irəli sürdüyü iddialar əsassızdır:
 
"Avropa Şurası Parlament Assambleyası almaniyalı deputatın Azərbaycan nümayəndə heyətinin səsvermənin dondurulması təklifi ilə bağlı qərar qəbul edib.

Bu qərar Azərbaycanı Avropa Şurası çərçivəsində hər hansı fikir və ya etiraz bildirmək hüququndan məhrum edir. Bu qərarın arxasında dayanan fərqli mənalar var.
 
Açığını deyim ki, Avropa Şurası son vaxtlar öz yolunu tamamilə itirib. Ultra-ideoloji və isterik bir şəkildə hərəkət edir. Bu, Qarabağa tamamilə aidiyyatı olmayan hadisələrin birləşməsi ilə bağlıdır.

Hazırda Avropada müəyyən qorxu var. Onar düşünür ki, ukraynalılar uduzur, ruslar gəlir! Avropada mütləq çaxnaşma hökm sürür.
 
Beynəlxalq diplomatiyanın uğursuzluğunu üzə çıxarmaqla beynəlxalq hüquq və milli suverenliyi hərəkətə gətirmək lazımdır.

Deyə bilərəm ki, bu, Qərbin ikiüzlülüyü adlı uzunmüddətli serialın sonuncu epizodudur. Qərbdə yaxşı günlər geridə qalıb və Azərbaycanın buna ehtiyacı yoxdur”.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024