«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Zelenskidən ukraynalı əsirlərin olduğu İl-76-nın vurulması ilə bağlı AÇIQLAMA

Tarix: 25-01-2024 11:30 | Bölmə: Rezonans | Baxış: 404



“Kiyev Belqorod vilayətində Ukrayna qüvvələri tərəfindən vurulan İl-76 təyyarəsinin qəzaya uğraması ilə bağlı beynəlxalq araşdırma aparılmasında israr edəcək”.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında yayımlanan videomüraciətində bildirib.

Siyasətçinin sözlərinə görə, o, Ukrayna Silahlı Qüvvələri, Baş Kəşfiyyat İdarəsi və Ədliyyə Nazirliyinin rəhbərliyi ilə təcili iclas keçirib.

“Biz bütün aydın faktları müəyyənləşdirməliyik. Təyyarənin Rusiya ərazisində - bizim nəzarətimizdən kənarda qəzaya uğradığını nəzərə alsaq, bu, nə qədər mümkündürsə”, - deyə Zelenski bildirib.

Zelenski həmçinin Hərbi Hava Qüvvələrinin istifadəsi ilə bağlı Baş Komandan və Baş Qərargah rəisini dinlədiyini və Baş Kəşfiyyat İdarəsinin bütün məhbusların taleyini araşdırdığını ifadə edib.  

“Ukraynanın təhlükəsizlik xidməti bütün halları araşdırır. Və mən Ukraynanın xarici işlər nazirinə Ukraynada mövcud olan məlumatlarla bağlı tərəfdaşları məlumatlandırmağı tapşırdım. Dövlətimiz beynəlxalq araşdırmada israrlı olacaq”, - Zelenski deyib.

Digər tərəfdən, hadisə ilə bağlı Ukrayna Prezidenti Volodimir Zelenski ad günü münasibətilə onu təbrik etməyi qadağan edib. Buna görə də, o, doğum günü ilə bağlı tədbirləri ləğv edib. Bu barədə “RBK-Ukrayna” prezident aparatındakı mənbələrə istinadən məlumat yayıb.

“Zelenski onu ad günü münasibətilə təbrik etmək üçün yanvarın 25-nə görüş təyin etməyi qadağan edib”, - məlumatda bildirilib.

Qeyd edək ki, Volodimir Zelenski 25 yanvar 1978-ci ildə Ukraynanın Krivoy Roq şəhərində anadan olub.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi Rusiyanın Belqorod vilayətində İl-76 hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində 65-i ukraynalı əsir olmaqla 74 nəfərin həlak olduğunu bəyan edib.


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024