«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Ukraynalı deputatın çıxışı Ermənistanı hiddətləndirib - Paşinyanın adamı Qonçarenkoya qarşı

Tarix: 26-01-2024 17:05 | Bölmə: Rezonans | Baxış: 95



Məlum olduğu kimi, AŞPA-nın Azərbaycanla bağlı qərəzli qətnaməsinə qarşı çıxanlar arasında Ukraynanı təmsil edən deputat Aleksey Qonçarenko da olub. 

Qonçarenko AŞPA-dakı çıxışında bu qətnamənin əslində, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsilə bağlı olduğunu bildirib və qurumun qərarının doğru olmadığını ifadə edib.

Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan Qonçarenkonun mövqeyinə və çıxışına etiraz edib.

O, Qonçarenkonun AŞPA-nı Azərbaycanla kompromis tapmağa çağırmasını öz sosial şəbəkə səhifəsində “biabırçılıq” adlandırıb: “Müzakirələr zamanı ukraynalı deputat Bakının ünvanına bir neçə dəfə reveranslar edərək, xüsusən, onun “ərazi bütövlüyünü bərpa etdiyini” və guya Ermənistanla sülhə getdiyini bildirib. 

Eyni zamanda, Qonçarenko Rusiya və İranı Cənubi Qafqazda sabitliyi pozmaqda ittiham edib”.



Qonçarenkonu “azərbaycanpərəstlikdə” günahlandıran erməni səfir xatırladıb ki, ukraynalı deputat 2021-ci ildə AŞPA-da Marukyana etiraz edib.

Belə ki, həmin vaxt Marukyan Azərbaycan Prezidentinin Bakıdakı “Qənimətlər parkı”nı ziyarət etməsinə dair fotoları nümayiş etdirərək, oradakı erməni əsgərlərinin fiqurlarına işarə edib.

Həmin vaxt Qonçarenko AŞPA-nı Marukyanın belə çıxışlarına imkan verdiyi üçün tənqid edib. Belə görünür ki, o vaxtdan AŞPA-dakı erməni nümayəndə heyəti ukraynalı deputatı hədəf alıb.

Ermənistanın bir tərəfdən guya Azərbaycanla sülh bağlamağa hazır olduğunu ifadə etməsi, digər yandan isə AŞPA da daxil olmaqla, beynəlxalq qurumlarda ölkəmizə qarşı təxribatçı, düşmən mövqe tutması göstərir ki, İrəvan həmişəki kimi qeyri-səmimidir və revanş üçün “alışıb-yanır”.

Bu da azmış kimi, Azərbaycanın haqlı mövqeyini müdafiə edən xarici ölkə nümayəndələrinə də dil uzadır./azpolitika

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024