«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
İSRAİLLİ SABİQ NAZİR ERMƏNİLƏRİN MƏKRLİ NİYYƏTİNİ İFŞA ETDİ

Tarix: 08-02-2024 12:55 | Bölmə: Rezonans | Baxış: 115



“Ermənilər mütəmadi şəkildə özləri ilə yəhudilər arasında oxşarlıqları qeyd edirlər”. 

Bu barədə İsrailin sabiq rabitə, peyk və kibertəhlükəsizlik naziri, İqisadi Sülh Mərkəzinin prezidenti, tanınmış siyasətçi və politoloq Ayub Karanın ölkəsinin populyar “Times of Israel” nəşrində dərc olunmuş məqaləsində yazıb.

“İsrailin əsl dostları kimlərdir?” sərlövhəli məqalədə qeyd olunub ki, 7 oktyabr qırğınına cavab olaraq “Dəmir Qılınc” əməliyyatının başlamasından sonra İsrail təhlükəsizlik, iqtisadi və hətta mövcudiyyət baxımdan çox çətin bir dövr yaşayır.

Belə bir keşməkeşli zamanda son zamanlar özlərini İsrailin müttəfiqi kimi təqdim edən bir çox dövlətlərin əsl dost deyil, sırf mənfəətpərəst olduqları ortaya çıxıb.

Buna Ermənistanı misal göstərən sabiq nazir diqqətə çatdırıb ki, dəfələrlə müxtəlif tələb və iddialarla İsrailə üz tutan ermənilər özlərini və yəhudiləri eyni taleyi və oxşar tarixi bölüşən iki xalq kimi təqdim etməyə meyllidirlər: 

“Bu zaman hər iki xalqın nümayəndələrinin bütün dünyaya səpələndiyi, öz milli dövlətlərini yaratmaq üçün əsrlər boyu səylər göstərdiyi, sayca az olmalarına baxmayaraq, müsəlman dövlətlərinin əhatəsində yerləşdiyi vurğulanır. 

Ən çox aparılan müqayisə isə odur ki, həm ermənilər, həm də yəhudilər ağır milli travmaya məruz qalmış xalqlardır. Müəllif hesab edir ki, bu müqayisələrin məqsədi, təbii ki, İsrailin erməni soyqırımını tanımasına nail olmaqdır, iki xalq arasında möhkəm dostluq yaratmaq deyil”.

Müəllif bildirib ki, sözügedən hadisələrə paralel olaraq Ermənistanda son dövrlərdə ilk dəfə olaraq yeganə sinaqoqun yandırılmasına göstərilən iki cəhd nəticəsində yəhudilərin dini məbədinə böyük zərər dəyib.

Birinci cəhdə görə məsuliyyəti öz üzərinə götürmüş “Ermənistanın Gənc Azadlıq Mübarizləri” adlı qrupun üzvləri yaydıqları bəyanatda İsrailin “erməni xalqının düşməni” olduğunu bəyan ediblər.

Fəaliyyət üsullarına görə bir qədər HƏMAS-ı xatırladan erməni terror təşkilatı ASALA isə ikinci yanğına görə məsuliyyəti öz üzərinə götürüb. Hər iki halda Ermənistan hökuməti nə cinayətkarları həbs edib, nə də onların cinayətkar hərəkətlərini pisləyib.

Özlərini İsrailin müttəfiqləri kimi təqdim edən ABŞ və Fransanın sözügedən hadisələrdə yəhudi dövlətinə münasibətdə birmənalı olaraq dost ölkələr kimi davranmadığını vurğulayan müəllif qeyd edib ki, xristian ölkələrinin yəhudi dövlətini 100% dəstəkləmədiyi belə bir çətin zamanda bəzi ölkələrdə İsrail dövlətinə və xalqına təsəvvür ediləndən daha isti münasibət bəslənildiyi ortaya çıxıb. 

Sabiq nazir Azərbaycanın bu dövlətlərin sırasında öndə olduğunu deyərək bildirib ki, Qəzza zolağında döyüşlərin başlamasından və oktyabrın 7-də baş vermiş dəhşətli qırğından sonra Azərbaycanın paytaxtı Bakıda yəhudi icmasının, eləcə də geniş Azərbaycan ictimaiyyətinin iştirakı ilə həlak olanların xatirəsinə mitinq keçirilib, İsrail səfirliyinin önünə gül-çiçək düzülüb.

Bundan başqa, Azərbaycanın təhlükəsizlik qüvvələri İsrailin Bakıdakı səfirliyini partlatmaq istəyən İran vətəndaşının hücum cəhdinin qarşısını alıb və bununla əlaqədar İsrail mediasına bildirilib ki, “İsrail vətəndaşlarına və diplomatlarına hər hansı zərər yetiriməsinə imkan verilməyəcək”.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://blogs.timesofisrael.com/who-are-the-real-f...

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024